loading...

Kreml Qarabağa dair yeni planlar cızır

Kreml Qarabağa dair yeni planlar cızırArtıq Ermənistanda Qarabağ prosesi ilə bağlı bir sıra yeni problemlər yaranıb, hiss olunur ki, İrəvanın arxasında dayanan Rusiyada müəyyən planlar cızılır

Bu barədə açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. Politoloq Ermənistanın böyük təşviş içərisində olduğunu deyib:

“İrəvanda hakimiyyətə qarşı narazılıq mitinqlərindən sonra ermənilər müəyyən siyasi dairələrə sübut etmək istəyirlər ki, guya nəyəsə qadirdilər və Azərbaycana qarşı müqavimət göstərə bilərlər. Bir neçə gündür cəbhədəki aktivlikləri də məhz bundan qaynaqlanır. Ermənistan hazırda çox yanlış bir istiqamət götürüb. Çünki onların zərbələrinə Azərbaycan ikiqat cavab verir. Artıq Ermənistan tərəfində proseslə bağlı bir sıra yeni problemlər yaranıb, hiss olunur ki, İrəvanın arxasında dayanan Rusiyada müəyyən planlar cızılır. Bir müddət öncə ilin sonuna qədər beş rayonun qaytarılması ilə əlaqədar ortaya atılan ehtimallar heç də təsadüfi deyildi. Görünür, Rusiya tərəfindən təzyiqlə üzləşəcəklərini bildiklərindən Azərbaycana qarşı təxribatlarla müəyyən nəticə əldə etməyə çalışırlar. Məncə, Qarabağ məsələsi ilə bağlı aparıcı dövlətlərlə ciddi müzakirələr aparılır. Artıq hansısa addımların atılması qaçılmazdır. Çünki Azərbaycan hərbi potensialı ilə başa saldı ki, Qarabağla bağlı nəinki Ermənistan, Rusiya ilə də razılaşmayacaq. Buna görə də indi hansısa çıxış yolları axtarmaqdadırlar”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər