Əliyevin Putinə zəngi: Bakı nə əldə etmək istəyir?
Tarix: 19-01-2022, 16:18
Baxılıb: 259
Google+ Paylaş
Tumblr Paylaş

Əliyevin Putinə zəngi: Bakı nə əldə etmək istəyir?

19-01-2022, 16:18









Bakı və Ankara Rusiya-Ukrayna münaqişəsində vasitəçilik təməllərini atmaq istiqamətində çalışır. Əliyevin Putinə zəngi də Kiyev səfərində Zelenski ilə bu məsələni müzakirə etdiyini və Ukraynanın istəklərini Rusiyaya çatdırdığını deməyə əsas verir.

Zelenski Əliyevdən humanitar məsələlərdə - Rusiyada saxlanılan ukraynalıların azad edilməsində köməklik istəyib. İstisna deyil ki, Əliyevin Putinlə telefon danışığının əsas hissəsi məhz humanitar məsələdə nəticənin əldə edilməsinə həsr olunub.

Putinin bu məsələdə Əliyevin vasitəçiliyinə razı olması gözləntisi var:

Birincisi, bununla Ukraynaya jest edə və Kiyevə “problemlərin həllini Qərbdə axtarma” mesajı verə bilər;
İkincisi, Bakının vasitəçiliyini qəbul etməklə Cənubi Qafqazda Gürcüstan üzərindən Rusiyanın vasitəçiliyinə qarşı alternativ gediş edən ABŞ-a cavab gedişi edə bilər;

Əliyev nəticə əldə edə bilərsə, bu, Bakı və Ankaranın alternativ masa təklifinin də reallaşmasına zəmin yarada bilər.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ