loading...

"Əli Kərimli kimi siyasi “meyidlərin” qəbrini qazıram"

"Əli Kərimli kimi siyasi “meyidlərin” qəbrini qazıram"““Azadlıq” qəzetində və sosial şəbəkədə haqqımda yazılanları başqa imzalarla birbaşa Əli Kərimlinin özü yazır. İşi-gücü olmayan bir adamdır. Bekarçılıqdan edir. Əslinə qalsa, Əli Kərimli düz deyir. Niyaməddin Orduxanlı Əli Kərimli kimi siyasi “meyidlərin” qəbrini qazmaqla məşğuldur”.

Bu acıqlamanı BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı son günlər “Azadlıq” qəzetində Mərkəzi Seçki Komissiyasına müxalifətdən əvəzedici üzv təyin olunması ilə bağlı gedən yazılara münasibət bildirərkən deyib.

O deyib ki, həmin yazıların heç bir əsası ola bilməz: "Əli Kərimlinin növbəti böhtan maşını işə düşüb. Bunların mahiyyəti budur. Mən 20 ilə yaxındır ki, Əli Kərimlini öz lideri Əbülfəz Elçibəyə, dostlarına, silahdaşlarına və tələbə yoldaşlarına xəyanət etməsindən bəhs edirəm. Bunu siyasətlə məşğul olan və hər gün mətbuatı oxuyan, televiziyanı izləyən, sosial şəbəkə istifadəçiləri də görür. İndi mən nə edim, Əli Kərimli Qarabağ məsələsində də ermənilərin maraqlarından çıxış edir! Susum? Əli Kərimli onu görmüyəcək! Bu cür şantajları ilə heç bir nəticə əldə edə bilməz. Mənim MSK-ya təyin olunmağımın Əli Kərimli ilə nə əlaqəsi?! Mən müxalifət nümayəndlərini təmsil edirəm. Özlərini gülünc vəziyyətə qoyublar. Mənim namizədliyimi müxalifət partiyası irəli sürüb. Həmin ərəfədə hələ Əli Kərimli erməni mətbuatında görünmürdü. Erməni mətbuatı onun fikirlərini ölkənin bir nömrəli xəbərinə çevirməmişdi. Heç Qarabağda irimiqyaslı döyüşlər də getmirdi. Bunları bilərəkdən, insanları çaşdırmaqla məşğul olur Əli Kərimli. Özünün “qəhrəman” obrazını yaradır. Bir qrup gənclərin və QHT sədrlərinin etrazınından siyasi şou düzəldir. Mən ona bir daha xatırlatmaq istəyirəm ki, kim bu, dövlətin əleyhinə olacaqsa, hər zaman onun qarşısında olacam! Çünki mənim mövqeyim birmənalıdır.

Qənimət Zahidin sosial şəbəkədə mənim şəkillərimi yaymağına gəlincə, gündə 40 bakal pivə içən adamdan nə gözləyək? Yəqin kefli olur, ayılanda da nə iş gördüyünü xatırlamır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər