loading...

İşdən çıxarılan erməniləri rus generallar əvəzləyəcək?

İşdən çıxarılan erməniləri rus generallar əvəzləyəcək?Xəbər verdiyimiz kimi, Ermənistan prezident Serj Sarkisyan bu gün 3 generalın işdən qovulması ilə bağlı fərman verib. Onlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyadır.

Bir sıra erməni ekspertlər isə hesab edirlər ki, generalların işdən azad edilməsi Qarabağ münaqişəsi zonasındakı yaranmış vəziyyətlə əlaqəli ola bilər.

Sabiq MTN-çi Sülhəddin Əkbər aznews.az-a açıqlamasında generalların tutduqları vəzifədən uzaqlaşdırılmasının Ermənistanın daxili ictimai-siyasi vəziyyətilə bağlı olduğunu düşünür: “Qarabağda baş verən son olaylardan sonra Ermənistanda ictimai-siyasi fəallıq artıb. Həm müxalifət, həm də cəmiyyət tərəfindən siyasi rəhbərlərə təzyiqlər var. Siyasi rəhbərlik isə “günah keçisi” axtarır. Rəhbərlik isə bu dəyişikliyi etməklə gərginliyi azatmağa çalışır”.

S.Əkbər işdən azad olunan şəxslərin yerinə rus generallarının təyinatı ilə bağlı gəzən söz-söhbətlərə də münasibət bildirib. Onun fikrincə, Rusiyanın generalları lazım olan vaxtlarda həm Ermənistana, həm də Dağlıq Qarabağa səfər edir: “Birbaşa təyinata ehtiyac yoxdur. Generallar lazım olan təlimlərini verib gedirlər. Onsuz da Ermənistan strateji baxımından onların nəzarətindədir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər