loading...

İlqar Məmmədov deputatlığa namizədliyini verir

İlqar Məmmədov deputatlığa namizədliyini verirHəbsdə olan ReAL hərəkatının sədri İlqar Məmmədov Ağdaş 90 saylı seçki məntəqəsindən namizədliyini irəli sürücək

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli yayıb.

Natiq Cəfərli bildirib ki, bu gün İlqar Məmmədovla telefon danışqları olub: "Bu gün REAL-ın sədri İlqar bəylə telefonla danışdım, yaxşıdı, hamıya salamları var. Hal-hazırda İlqar bəy barəsində qanuni qüvvəyə minmiş hökm yoxdur, iş Şəki Apellyasiya məhkəməsinə geri göndərilib, məhkəmə günü de təyin edilmir. İlqar bu gün radioda eşidib ki, Ağdaş şəhəri 90 saylı dairədə təkrar seçki təyin edilib, dedi ki, sənədləri hazırlayaq, o dairədən namizədliyini verəcək, zatən indi statusu "təqsirləndirilən" şəxsdir, qanuni namizəd olmağa imkan verir. Dedim ki, yaxşı fikirdir, Ağdaşda gözel kampaniya apara bilərik".

12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

"Amnesty International" İlqar Məmmədovu vicdan məhbusu kimi tanıyıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər