Bu gecə Ukraynanın dövlət qurumlarının saytlarına kütləvi haker hücumu olub.
Publlika.az Ukrayna mediasına istinadla bildirir ki, hazırda Nazirlər Kabinetinin, İcmaların və Ərazilərin İnkişafı Nazirliyinin, İdman Nazirliyinin, Energetika Nazirliyinin, Təhsil Nazirliyinin, Aqrar Siyasət Nazirliyi və Xarici İşlər Nazirliyinin saytları işləmir.
Həmin saytların üzərində təhdid yazılmış şəkil yerləşdirilib.
Qeyd olunur ki, Ukrayna vətəndaşlarının bütün şəxsi məlumatları şəbəkəyə yüklənəcək və yayılacaq.