NATO Rusiyanın tələblərini niyə rədd edib?- SƏBƏB AÇIQLANDI
Tarix: 13-01-2022, 21:03
Baxılıb: 336
Google+ Paylaş
Tumblr Paylaş

NATO Rusiyanın tələblərini niyə rədd edib?- SƏBƏB AÇIQLANDI

13-01-2022, 21:03

“NATO-nun Rusiyanın təhlükəsizliyin təminatı üzrə təkliflərinə rədd cavabı verməsinin əsas səbəbi onların tamamilə qəbuledilməzliyi ilə bağlı olub”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel danışıb.
Onun sözlərinə görə, Rusiyanın Şimali Atlantika Alyansının bir daha genişlənməməsi ilə bağlı tələbləri müstəqil dövlətlərin suverenlik prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
“Məsələ bizim Ukraynanın NATO üzvlüyünü istəyib istəmədiyimizdə deyil. Biz suveren dövlətlərə hər hansı qərarın alınması ilə bağlı göstəriş verilməsinin əleyhinəyik”,-deyə Avropa diplomatiyasının rəhbəri qeyd edib.
Josep Borrel Rusiyanın Ukrayna kimi ölkələrin NATO üzvlüyünə qəbul olunması ilə əlaqədar təkliflərinin dərhal rədd edildiyini və bunun AB-yə daxil olan bütün ölkələr tərəfindən məmnunluqla qarşılandığını sözlərinə əlavə edib.
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ