Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılacaq
Tarix: 13-01-2022, 09:55
Baxılıb: 379
Google+ Paylaş
Tumblr Paylaş

Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılacaq

13-01-2022, 09:55

Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, proses Tbilisi Şəhər Məhkəməsində saat 13:00-a təyin olunub.
M.Saakaşvili prosesdə iştirak edəcək. O, bu barədə ötən gün yaydığı müraciətdə bildirib.
Qeyd edək ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı daha 4 nəfər saxlanılıb. M.Saakaşvili hazırda Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindədir. O, bura dekabrın 30-da müalicə olunduğu Qori Hərbi Hospitalından köçürülüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ