loading...

Gömrük generalı Azərbaycandan qaçmaq istəyir

Gömrük generalı Azərbaycandan qaçmaq istəyirBakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov ölkədən qaçmaq istəyir.
Bu barədə AzToday.az-a ilginc məlumat daxil olub. Məlumatda iddia olunur ki, Vüsal Novruzov Bakı Gömrük Komitəsinin “qara kassa”sına etdiyi xəyanətin üzə çıxmasından bərk qorxuya düşüb. O səbəbdən də ölkəni tərk etmək istəyir. Lakin fövqəladə hallar naziri Kəmaləddin Heydərov onun ölkədən çıxışına imkan vermir.
Məlumatda həmçinin iddia olunur ki, Vüsal Novruzov “qara kassa”dan çırpışdırdığı böyük məbləğdə vəsaiti xarici banklara yerləşdirib. Və ölkəni tərk etmək üçün Azərbaycanda olan bütün varidatını verməyə hazır olsa da, Kəmaləddin Heydərovun bununla razılaşmadığı deyilir.
Vüsal Novruzovun başqa hansı səbəbdən ölkəni tərk etməsini dəqiq söyləyə bilmərik. Yaxın günlərdə bunun dəqiq səbəblərini araşdırmağa çalışacağıq. Gecə saatları olduğundan informasiyaya rəsmi münasibət öyrənə bilmədik.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər