Paytaxt sakinlərinin Qazaxıstanda və Azərbaycanda fəaliyyət göstərən rus sülhməramlılara münasibəti - VİDEOSORĞU
Tarix: 10-01-2022, 20:04
Baxılıb: 390
Google+ Paylaş
Tumblr Paylaş

Paytaxt sakinlərinin Qazaxıstanda və Azərbaycanda fəaliyyət göstərən rus sülhməramlılara münasibəti - VİDEOSORĞU

10-01-2022, 20:04

Yanvarın 2-dən Qazaxıstanda sosial-siyasi tələblərlə başlayan etirazlar sonradan iğtişaşlara çevrildi.
Bu hadisələr Qazaxıstanın müstəqillik tarixində ən böyük miqyaslı iğtişaş hesab edilir. İğtişaşların qarşısının alınması üçün Qazaxıstan höküməti dərhal Rusiyadan kömək istədi. Və beləcə, Rusiya sülhməramlı kontingenti ərazilərə nəzarətə başladı.

Prezident Kasım-Comart Tokayev hökumət əleyhinə nümayişlərin zorakılıqla yatırılması fonunda təhlükəsizlik qüvvələrinə "xəbərdarlıq etmədən atəş açmağı" əmr verib.

İndiki məlumatlara görə toqquşmalar zamanı 164 nəfərin, o cümlədən Qazaxıstanın ən böyük şəhəri Almatıda 103 nəfərin həlak olduğu bildirilir.

Bir çox analitiklər sosial etirazların böyüyərək iğtişaşa çevrilməsini Rusiyanın öncədən qurulmuş planları olduğunu iddia edirlər.

Hətta ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays də, Qazaxıstan hökumətinin ölkədə asayişi qorumaq üçün kifayət qədər gücü olduğu halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı kontingentini çağırmasını müamallı bir addım kimi qəbul qiymətləndirib.

Qazaxıstan, eləcə də bir çox ölkələrdə rus sülhməramlıların fəaliyyəti birmənalı qarşılamır. Bəs görəsən Azərbaycan əhalisi sülhməramlılara necə münasibət bəsləyir? Onların həm Qazaxıstanda, həm də Qarabağda göstərdiyi fəaliyyəti necə qiymətləndirirlər? Musavat TV olaraq, mövzu ilə bağlı Bakı şəhərində sorğu etdik.

Videosorğunu təqdim edirik:




Elçin Əkbərov, Musavat.com


















Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ