“Rusiyanın işğal doktrinası onun özünün dağılmasına səbəb ola bilər: keçmiş SSRİ kimi...” - ilginc proqnozlar
Tarix: 10-01-2022, 19:47
Baxılıb: 318
Google+ Paylaş
Tumblr Paylaş

“Rusiyanın işğal doktrinası onun özünün dağılmasına səbəb ola bilər: keçmiş SSRİ kimi...” - ilginc proqnozlar

10-01-2022, 19:47

“Yanvarın 11-də Türk Dövlətlər Təşkilatının (TDT) gecikmə ilə reallaşdıracağı bu toplantıdan hansı qərarın çıxacağını təxmin etmək olar. Qazaxıstan xalqına dəstək ifadə olunacaq. Türkiyənin XİN rəhbərinin dediyi kimi, Qazaxıstan bu oturuşmamış qurumdan yardım istədiyi təqdirdə, hansısa müdaxilə ola bilər. Müraciəti isə ölkə rəhbəri etməlidir”.
İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Politoloqun sözlərinə görə, prezident Tokayev artıq seçimini Rusiyadan yana etdiyindən TDT-nin edəcəyi bir şey yoxdur: “Kreml  açıq şəkildə Qazaxıstanı işğal etməkdədir və Blinkenin sözləri ilə desək, Rusiya girdiyi yerdən çıxmır. Onu Qazaxıstandan yalnız güc yolu ilə çıxarmaq mümkündür. TDT-nin diki halda belə bir gücü yoxdur və KTMT adlı Rusiya ordusu Qazaxıstanı bölüb-parçalamaq planını hazırlamaqla məşğul olacaq”. Q.Çaxmaqlının sözlərinə görə, bu planı pozmaq üçün yeganə silah qazax xalqının dirənişi ola bilər: “Türkiyə həm TDT, həm də müstəqil şəkildə Qazaxıstandakı proseslərə daxil olmalıdır. Yoxsa Rusiya burda bulunmasından istifadə edərək gərginliyi artıracaq və Qazax torpaqlarının şimal hissəsini birləşdirmək tədbirlərini işə salacaq.
Qafar Çaxmaqlı Vahe Avetyan ölkəyə buraxılmalıydı, bu göydəndüşmə bir  təbliğat fürsətiydi” - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi
Qafar Çaxmaqlı 
Artıq Rusiya- Belorusun vahid bir dövlətdə birləşdirilməsi planı işə düşüb. Qazaxıstan rəhbərliyini də seçim qarşısında qoyacaqlar. Bu fikri Lukaşenko artıq səsləndirib. Qazaxıstan ya bu ittifaqa birləşməlidir, ya da bölünəcək. Rusların yaşadıkları ərazilərdə Rusiyanın Donbas variantı işə düşəcək. Vahid dövlətdə birləşmək ideyası Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək anlayışıdır və digər müstəqil ölkələrə də əl atılacaq. Artıq Ermənistanda bunun müzakirələri gedir. Amma bu vahid dövlət fikri Rusiyaya qarşı çox böyük beynəlxalq təpkiyə yol açacaq. Rusiya elə Qazaxıstanın özündə öldürücü zərbə ala bilər. Rusiyanın işğal doktrinası onun özünün dağılmasına səbəb ola bilər: keçmiş SSRİ kimi...”
İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca
İlyas Hüseynov
Politoloq İlyas Hüseynov isə bu fikirdədir ki, Türk Dövlətləri Təşkilatının Qazaxıstanda baş verən proseslərə görə toplanması qazax xalqına türk toplumlarının dəstəyi kimi qiymətləndirilməklə yanaşı, eyni zamanda təşkilatın institusional baxımdan tutarlı geosiyasi aktor kimi nümayiş etdirmək mahiyyəti də daşıyır: “Türk Dövlətləri Təşkilatı (TDT) XİN rəhbərlərinin onlayn formatda fövqəladə sammiti beynəlxalq müşahidəçilər tərəfindən diqqətlə izləniləcək. Türk Dövlətləri Təşkilatının geosiyasi gücə çevrilməsi bütün türkdilli xalqların istəyi olsa da Qazaxıstana KTMT qüvvələrinin daxil olması arzuolunmaz ssenaridir. Qarşısına iqtisadi inteqrasiyanı və humanitar aspektləri qoyan təşkilatın hərbi və hərbi-texniki sahəsində əməkdaşlığının olmaması sözügedən problematikada təsisatı gücsüz kimi göstərir. Türkiyənin Qazaxıstan mövzusunda siyasi iradəsi çox önəmlidir. Bütün dünyada türk və müsəlman toplumlarının müdafiəçisi imicini formalaşdıran Türkiyənin Qazaxıstanda gedən prosesləri gec reaksiyası da diqqətdən yayınmadı”. İ.Hüseynov bu fikirdədir ki, Qazaxıstanda gələcək daxili siyasi proseslər ölkədə KTMT-nin nə qədər qalmasından asılı olacaq: “Əgər uzunmüddətli perspektivlər haqqında iddalar irəli sürülsə ölkədə ciddi millətçi kəsim formalaşacaq və Türkiyənin dəstəyinə ümid edəcək. Hələlik Qazaxıstanda KTMT sülhməramlı qüvvələrinin hərəkətlərinə rəhbərlik etmək üçün təyin olunan Hərbi Hava Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukovun bu barərə planları açıqlanmayıb. Lakin məlumdur ki, ölkədə ictimai asayiş bərqərar olunandan sonra KTMT qüvvələri rahatlıqla Qazaxıstanı tərk etməyəcək”. Politoloq hesab edir ki, Qazaxıstanın iri şəhərlərində formalaşan yeni nəsil yekun sözü deyəcək: “Qərb təhsilli, müasir dünyagörüşlü, texnokratların sözü həlledici olacaq. Onların da əksəriyyəti elbası Nursultan Nazarbayevin dövründə milli ruhda tərbiyə alıblar”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ