loading...

Göyçay hakimi bu ailəni də intihara çatdırıb - Şikayət/Foto

Göyçay hakimi bu ailəni də intihara çatdırıb - Şikayət/FotoGöyçayın Cəyirli kənd sakinləri Vizual.az-a məktub göndərib. Feyzullayevlər ailəsi adından ünvanlanan müraciətdə torpaqlarının zəbt olunduğu qeyd edilib.

"İmkanlı şəxs Göyçay rayon məhkəməsində iddia qaldırıb və küllü miqdarda rüşvət verib, saxta rəy çıxartdırıb. Artıq rəy verilib və məhkəmə 10 aprel 2016-cı il tarixdə saxta rəyə əsasən saxta qətnamə çıxaracaq.

Buna görə də bizim ailə qərara almışıq ki, həmin günü məhkəmənin saxta qərarından sonra intihar edək. Azərbaycanda qanunlar işləmir, pul, rüşvət işləyir ki, mərhum prezident Heydər Əliyevin imzası ilə aqrar islahatlar zamanı bizim ailəyə verilmiş pay əkin torpağımızı saxtakar vəzifəli şəxslər aldıqları rüşvətə görə başqasına verirlər.

Artıq intihar edəcəyimizi qərarlaşdırmışıq.Bunun isə məsuliyyəti bir başa Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və digərlərinin üzərinə düşəcək.

Torpağımızı əvvəl zəbt etmiş Fərhad Səfərəliyev buna dözə bilməyib məhkəmədə yenidən iddia qaldırdı. Hakim Fərhad Əfəndiyev isə tam qanunsuz olaraq iddianı icraata götürüb yenidən ekspertiza keçirilməsinə dair qərardad çıxardı”.

Qeyd edək ki, az əvvəl Göyçayın Potu kəndində yaşayan Ülviyyə Allahverdiyeva da Vizual.az- müraciət etmişdi. O, yerli məhkəmə hakimlərinin qanunsuz əməllərindən giley edirdi. Şikayətçinin sözlərinə görə, iki körpə uşaqla qanunsuz olaraq evsiz qalıb. O, Göyçay rayon Məhkəməsinin korrusiyaya qurşanmış hakimi Fərhad Əfəndiyevi ittiham etmişdi.

Əlaqə telefonu; (050) 565-16-65

1) Feyzullayev Zülfü Abdurəhman oğlu

2) Feyzullayeva Cəmilə İsmayıl qızı

3) Feyzullayev Rahim Zülfü oğlu

4) Feyzullayev Elvin Zülfü oğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər