“Rus NATO-su”nu Azərbaycan qarşı qaldırmaq...” - İrəvanın yeni xülyası
Tarix: 9-01-2022, 16:35
Baxılıb: 636
Google+ Paylaş
Tumblr Paylaş

“Rus NATO-su”nu Azərbaycan qarşı qaldırmaq...” - İrəvanın yeni xülyası

9-01-2022, 16:35

Qazaxıstandakı faciəvi olaylar, KTMT qüvvələrinin ora yeridilməsi Ermənistanda yanlış gözləntilər doğurub. Kapitulyant ölkədə ümid edirlər ki, eyni motivlə “Rus NATO-su” Ermənistanın “ərazi bütövlüyü”nü qorumaq üçün də işə yaraya bilər, çünki iddialara görə, Azərbaycan silahlı qüvvələri neçə vaxtdır Ermənistanın içərilərinə girərək, orada möhkəmlənib, postlar qurub. Demək, KTMT-nin müvafiq bəndləri ona da şamil edilməlidir.

“Rus NATO-su” (oxu: Rusiya) isə gələnə oxşamır. Bədbəxtlər elə bilir, erməni yalanları 10-15 il öncəki kimi yenə ayaq tutacaq, hətta yeriyəcək. Gəl ki, ABŞ-ın sabiq prezidenti Avraam Linkolnun məşhur ifadəsi ilə desək, “Bir adamı həmişə, hamını müəyyən müddətə aldatmaq olar, amma hamını həmişə aldatmaq mümkün deyil”.
İndi bu bütün dünyanı bezdirən “əzabkeş xalq” da. Daha iftira-yalanları, o sırada qondarma soyqırımı iddiası əvvəlki kimi yerimir, səndələyir deyə, itə dönüblər...
Ermənilərin saysız-hesabsız uydurmalarına getdikcə az adamın inandığı isə 44 günlük müharibədə əyani şəkildə ortaya çıxdı. Ağlı başında olan dövlət adamlarının, dövlətlərin heç biri, hətta Ermənistanın 1 nömrəli varlıq qarantı Rusiya, onun prezidenti Putin ermənilərin “timsah göz yaşları”nı ciddiyə almadılar, işğalçının tərəfində durmadılar. Həmçinin, “Rus NATO-su” net şəkildə bəyan elədi ki, Ermənistana hərbi kömək göstərilə bilməz, ona görə ki, müharibə Azərbaycan ərazində gedir, Ermənistana heç kim təcavüz eləməyib, Qarabağ isə KTMT-nin məsuliyyət zonası deyil və s.
Amma kimə deyirsən. Erməni erməni olmazdı ki, faş olmuş yalanlarına həyasızcasına davam eləməsəydi. Məsələ də məhz bu isterik xalqın sırtıqlığındadır. Yəni özün işğalçının, təcavüzkarın təki olasan, tutduğun torpaqlardan səni vurub çıxaranda isə haray salasan, başqalarından imdad diləyəsən və kömək gəlməyəndə də xilaskar Rusiya qarışıq, hamını satqın kimi damğalayasan!
Bəla ondadır ki, bu xəstə təfəkkür erməni ictimai-siyasi fikrində dominant olaraq qalır. Yenə sürtük, köhnə ittihamlar qüvvədədir. Qazaxıstan olaylarından sonra isə ermənilərin yaralarının qaysağı təzədən qopub. “KTMT niyə Qazaxıstana kömək elədi, Ermənistana yox?”, “Niyə gəlib Azərbaycan ordusunu ərazimizdən çıxarmır” kimi axmaq tələblər irəli sürür, yaxa cırırlar. Guya ordumuz bir ildən artıqdır “suveren Ermənistanın ərazisində qalmağa davam edir”.
Əvvəla, adama deyərlər ki, Azərbaycan torpaqlarının 20%-ni on illərdir işğal altında saxlayanda, yad torpaqları vəhşicəsinə talayanda, qonşu ölkənin şəhər və kəndlərini yerlə bir edəndə nədən “suverenlik”, “beynəlxalq hüquq” kimi anlayışlar yadınıza düşmürdü? Ermənilərə hər şey olar, başqalarına yox?
İkincisi, sərhəd rəsmiləşməyibsə, yəni sülh müqaviləsi imzalanmayıbsa, necə müəyyən elədiniz ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisinə girib? Bəs delimitasiya və demorkasiya ilə bağlı ikitərəfli komissiya niyə yaradılır?
Hərgah, heç bir işğaldan söhbət gedə bilməz, çünki əsgərlərimiz hələlik sovet xəritəsi əsasında, Azərbaycan SSR ilə Ermənistan SSR-in sərhədində yerləşiblər. Hansı sərhədlər daxilində ki, BMT, ATƏT, Avropa Şurası, NATO, digər mötəbər beynəlxalq təşkilatlar bu iki qonşu ölkənin ərazi bütövlüyün tanıyıb. Biz BMT-yə məhz Azərbaycan SSR-in sərhədləri ilə qəbul olunmuşuq. Hərgah, indiki Azərbaycan Respublikası 1918-20-cilllərin AXC-nin hüquqi varisidir. Yəni Ermənistan adlı qondarma dövlətdə bizim hələ qaytarılası halal torpaqlarımız var, qalır...
Odur ki, ermənilərin ağlı olsa, Bakının bir ildən çoxdur təklif elədiyi, keçmiş müttəfiq respublikaların sərhədləri çərçivəsində Azərbaycanla sülh müqaviləsini dinməzcə imzalayarlar. Özü də bacardıqca tez. Çünki əks halda Göyçəyə, Qərbi Zəngəzura qarşı ərazi iddialarımız rəsmiləşəcək.
Deyəsən hər şey elə buna doğru gedir. Görünür ermənilər öz yalan-palanlarının, saxta iddialarının ağır bədəlini daha bir dəfə ödəməli olacaqlar...
Zahid SƏFƏROĞLU


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ