Çin liderindən Qazaxıstan mesajı: Hər cür dəstəyə hazırıq
Tarix: 8-01-2022, 16:07
Baxılıb: 363
Google+ Paylaş
Tumblr Paylaş

Çin liderindən Qazaxıstan mesajı: Hər cür dəstəyə hazırıq

8-01-2022, 16:07

Çin dövlət başçısı Si Cinpin Qazaxıstan liderini dəstəklədiyini, xarici güclərin bu ölkədə xaos və yenidən “məxməri inqilab”lar yaratmasına qarşı olduqlarını açıqlayıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Çin lideri bu ölkədə baş verən son hadisələrdə insan itkisindən dərin kədərləndiyini bildirib, qazaxıstanlı həmkarına başsağlığı verib.
O, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin etirazlarla bağlı mövqeyini yüksək qiymətləndirib:
“Siz kritik vaxtda qətiyyətli addımlar ataraq, gərginliyi azaltmaqla dövlət xadimi kimi məsuliyyətinizi nümayiş etdirdiniz. Çin Qazaxıstanın sabitliyinə, təhlükəsizliyinə və Qazaxıstan xalqının dinc həyatına xələl gətirən, ölkədə xaos yaratmağa və “məxməri inqilab” yaratmağa çalışan bütün xarici güclərə qəti şəkildə qarşıdır”.
Si Cinpin vurğulayıb ki, Çin çətinlikləri aradan qaldırmaq üçün Qazaxıstana hər cür dəstəyi verməyə hazırdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ