loading...

ABŞ-ın müəmmalarla dolu qızıl ehtiyatı:həm var, həm yox...

ABŞ-ın müəmmalarla dolu qızıl ehtiyatı:həm var, həm yox...ABŞ Konqresi təkidlə ABŞ-ın qızıl ehtiyatının auditinin keçiriliməsini tələb etməyə başlayıb. Amerika qızılının olmadığı və saxlancda olmalı olduğundan az qızıl haqda artıq çoxdan şayiələr dolaşır və xeyli audit cəhdləri olub. Lakin Amerika parlamenti hələlik dəqiq bilmir ki, ölkədə nə qədər qızıl var. Qızıl ehtiyatının tam auditi 1950-ci illərin əvvəlindən keçirilmir. Qızılın yalnız ayrı-ayrı hissələri yoxlanıb. Bu, özlüyündə Amerikanın qızıl ehtiyatının problemləri ilə bağlı çoxlu nəzəriyyələr törədib.



ABŞ-ın qızıl ehtiyatı necə formalaşıb?



Onun formalaşması olduqca qəribə şəkildə baş verdi. Prezident Franklin Ruzvelt 1934-cü ildə Böyük Depressiyanın qızğın çağında əhalidən məcburi qaydada bir troya unsiyasının qiyməti 20 dollara qızıl alınması haqda sərəncam verdi. Qızılın əsas hissəsi Federal Ehtiyat Sisteminə (FES) daxil olan banklardan gəldi, banklar isə onların balanslarında ifadə olunmağa başlayan “qızıl sertifikatlar” adlı sənəd aldı. Düzdür, bu, daha çox müsadirə idi, çünki alqı başa çatan kimi, qızılın qiymətini yenidən nəzərdən keçirtdilər və qiymət 35 dollara bərabər oldu.

Qızıl sonradan əfsanəyə dönmüş Fort Noks anbarına daşındı və Maliyyə nazirliyinin balansına (Xəzinəyə) verildi.



Qızılla bağlı problemlər. Versiyalar



1) Amerika xəzinəsinin qızılı əvvəlki kimi anbarlardadır, lakin artıq xəzinəyə məxsus deyil. Çünki dəfələrlə müxtəlif sövdələşmələrin predmeti olub. Məsələn, girov qismində istifadə edilib.



2) Rəsmi ehtiyatların qızılı artıq anbarda yoxdur, ya da tam həcmdə orada deyil. Satış, lizinq və kredit əməliyyatları nəticəsində oradan çıxardılıb.



3) Anbarlarda sayı Maliyyə nazirliyinin hesabatına uyğun gələn külçə qalaqları var. Lakin bu külçələrn hamısı və yaxud bir hissəsi qəlpdir. Guya, qızılın qanunsuz çıxardılmasını gizlətmək üçün əsli külçələr volfram külçələrlə əvəz edilib.



4) Rəsmi ehtiyatın qızılları artıq xəzinəyə məxsus deyil, 1930-cu illərdə çıxarıldığı banklara qaytarılıb. Bu, onunla bağlıdır ki, ABŞ hökuməti FES-ə daxil olan banklardan o qədər böyük məbləğdə borc götürüb ki, borcu bağlamaq üçün qızılı banklara qaytarmağa məcbur olub.



Konqresmenlərin və bankirlərin mübarizəsi



Konqresmenlərin bir hissəsi artıq xeyli illərdir, ABŞ-ın qızıl ehtiyatının tam auditinin keçirilməsinə nail olmağa cəhd edir. Həm xəzinəyə, həm də həm də federal ehtiyatlara məxsus hissəsinin. Bu siyasətçilərdən ən tanınmışı Ron Poldur. Lakin onlar cavabında yetərincə şübhəli rəqəmlər əldə edirlər. Məsələn, Amerika xəzinədarlığı 2004-2005-ci illərdə öz hesabatında qızıl ehtiyatını 10 milyard 924 milyon dollar dəyərində müəyyən etdi. Federal ehtiyatların balansında isə “qızıl sertifikatlar” mövqeyinin qarşısında 11 milyard 036 milyon dollar durur. Bu cür olmamalıdır, axı qızıl ehtiyatının dəyəri “qızıl sertifikatlar”ın dəyər həcmi ilə üst-üstə düşməlidir. Yəni hətta rəsmi hesabatlarda 112 milyon dollar “itirilib”.



Üstəlik, 2011-ci idə ABŞ FES-nin baş müfəttişi Skot Alvares aydın şəkildə izah edə bilmədi ki, “qızıl sertifikat” nədir və banklara hansı hüquqları verir.



İstehzalı audit



Xəzinədarlıq 2012-ci ildə xəzinənin Nyu-Yorkda Federal ehtiyatlar banklarının zirzəmilərində qorunan hissəsinin auditini keçirtdi. Lakin hamının səbirsizliklə gözlədiyi hesabat yalnız 2013-cü ilin yanvarında ortalığa çıxdı və … sənədin 14 səhifəsindən 13-nün auditə dəxli yox idi. Orada şəkilli üz qabığı, mündəricat səhifəsi və audit haqda Amerika qanunlarından bir neçə səhifəlik çıxarışlar və maliyyə nazirliyinin nə demək olduğu barədə izahatlar var idi. Hətta sənədin yeganə “dərrakəli” səhifəsində deyilirdi ki, bütün yoxlamalar bircə gündə – 2012-ci il sentyabrın 30-da keçirilib. Orada həmçinin məlumat verilirdi ki, qızılın yoxlanmış hissəsi 1973-cü ilin qiyməti ilə 568 milyon dollar, 2012-ci ilin qiymətləri ilə isə 23 milyard 892 milyon dollar təşkil edir. Vəssalam-şüttamam. Hesabatda “audit” haqda daha heç nə yox idi. Ona görə də konqresmenlər Amerikanın, nəhayət, nə qədər qızılı olduğunu öyrənmək cəhdlərini dayandırmırlar.



discussio.ru, 23.02.2016



Tərcümə Strateq.az-ındırБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər