loading...

Mətbuat Şurası müstəqil saytı niyə ləkələdi -Bir satınalmanın tarixçəsi

Aldığımız məlumata görə Mətbuat şurasının bir sıra üzvləri Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla əlbir olub Reportyor.org saytına çamur atmaq fikrinə düşüblər. Xatırladaq ki, 07. 03. 2016 cı il tarixdə "İcra başçısının xidməti avtomobili YENƏ DİQQƏT MƏRKƏZİNDƏ- FOTOLAR" başlıqlı yazımzdan sonra Niyazi Bayramovun canına vəlvələ düşüb. Hara getdi, kimlərə xahiş elətdirdisə heç bir yolla Reportyor.org saytını satın ala bilmədi. Çünki bu mümkünsüzdür ! Biz satılmırıq !!!
Bütün cəhdləri puça çıxan Niyazi Bayramov son çıxış yolunu Mətbuat Şurasının pula həris bir üzvünü satın almaqda gördü. Beləki , bu sövdələşmənin nəticəsi Reportyor.org saytını ləkələmək , saytın adını "Reket" siyasına salmaq və hədə qorxu gəlməklə Niyazi Bayramov haqqında dərc olunan yazıların silinməsi idi . Təəsüflər olsun ki, Əflatun Amaşov kimi bir şəxsiyyətin rəhbərlik etdiyi qurumun bir üzvü müəyyən bir məbləğ qarşılığında bu çirkin iftiraları atacağına söz vermişdir . Sonra Mətbuat Şurasında Niyazi Bayramovla bağlı yazı müzakirəyə çıxarılmışdır .
Bu müddət ərzində MŞ saytımıza bir sıra təhdid zəngləri gəlməyə başladı. Məqsəd isə sözü gedən yazının və fotoların saytdan silinməsi idi .
Lakin biz Reportyor.org olaraq bu hədələrə fikir vermədik . Silsilə yazılarımızı davam etdirdik. Bundan bir az qəzəblənən Niyazi Bayramov MŞ -dakı satın aldığı " HAVADARINI" bir daha narahat edib -" Bəs yazılar niyə çıxmadı ?" Çarəsiz duruma düşən ŞURA üzvü son çıxış yolunu saytı reker elan eləməklə canını Niyazi Bayramovun əlindən qurtarmaqda görüb.
REPORTYOR . ORG saytı olaraq bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizasına müraciət edəcəyik . Əgər fotoların montaj olmaması , həqiqətə uygun olması təstiqlənərsə ( əminik ki, təsdiqlənəcək ) və yazının qərəzli olmaması sübuta yetiriləcəksə MŞ üzvləri necə cavab verəcək?
Hörmətli Mətbuat Şurası , bəlkə bilmirsinizsə , anlayışınız yoxdusa (yəqin ki sizin dövrdə internet saytları yox idi) bunu bilin ki, saytın rekvezitlərinin olub olmaması heç bir əhəmiyyət kəsb etmir. ağlınız qəzetə getməsin !
Əks halda məhkəmədə görüşəcəyik !!!


Mətbuat Şurası müstəqil saytı niyə ləkələdi -Bir satınalmanın tarixçəsiMətbuat Şurası müstəqil saytı niyə ləkələdi -Bir satınalmanın tarixçəsi
Mətbuat Şurası müstəqil saytı niyə ləkələdi -Bir satınalmanın tarixçəsiБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər