Ayaz Mütəllibovun səhhətində problem yaranıb? - AÇIQLAMA
Tarix: 7-01-2022, 16:32
Baxılıb: 364
Google+ Paylaş
Tumblr Paylaş

Ayaz Mütəllibovun səhhətində problem yaranıb? - AÇIQLAMA

7-01-2022, 16:32

Bu gün bir sıra media orqanlarında Azərbaycanın keçmiş prezidenti Ayaz Müttəllibovun səhhətinin pisləşməsi, onun nitq qabiliyyətini itirməsi və danışa bilməməsi ilə bağlı məlumatlar yayılıb. 
Məsələni dəqiqləşdirmək üçün eks-prezident Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənovla əlaqə saxladıq.
Qulu Həsənov Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanın birinci prezidenti ilə bağlı yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir: “Ayaz müəllimlə bağlı yayılan məlumatlar yalandır. Ayaz müəllimlə bu dəqiqə danışmışam. Hər şey qaydasındadır. Doğrudur, həmişə olduğu kimi səhhətində narahatlıq var. Bu da yaşla əlaqədardır. Allah can sağlığı versin, Ayaz müəllimin hazırda 84 yaşı var. Təzyiq problemləri olur. Amma nəsə ciddi bir şey olsaydı, xəstəxanaya aparılardı. Həkim nəzarətində olardı. Səhhətindəki problemlər özünü idarə edə bilməyəcək səviyyəsində deyil. Belə bir şey yoxdur. Ayaz Mütəllibov hazırda evindədir. Özü ilə də danışmışam. Bu cür əsassız, mənbəsiz, istinadsız məlumatların yayılması ayıbdır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ