David Narmaniya: Gürcüstanda elektrik enerjisi və təbii qazın qiymətləri artırılmayacaq
Tarix: 7-01-2022, 12:43
Baxılıb: 315
Google+ Paylaş
Tumblr Paylaş

David Narmaniya: Gürcüstanda elektrik enerjisi və təbii qazın qiymətləri artırılmayacaq

7-01-2022, 12:43

Gürcüstanda elektrik enerjisi, təbii qaz və suyun qiymətlərinin artırılması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Bu, yalnız bəzi müxalif qüvvələrin ölkədə qarşıdurma yaratmaq cəhdindən başqa bir şey deyil.
Bu barədə AZƏRTAC-a müsahibəsində Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri David Narmaniya deyib.
Onun sözlərinə görə, komissiyada 2022-ci il yanvarın 1-dən ölkədə kommunal xidmətlərin, elektrik enerjisi, təbii qaz və suyun qiymətlərinin artırılması barədə məsələ müzakirə olunmayıb. Yaxın vaxtlarda da belə bir qərarın qəbul ediləcəyi gözlənilmir.
Qeyd edək ki, son günlər Gürcüstanda da istehlak olunan elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlərin qiymətlərinin artırılacağı barədə məlumatlar yayılıb.
Bu da əhalinin aztəminatlı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ