Masallıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Tarix: 3-01-2022, 20:52
Baxılıb: 444
Google+ Paylaş
Tumblr Paylaş

Masallıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

3-01-2022, 20:52

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallı rayonunda qətl törətməkdə təqsirləndirilən Ariz Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report" xəbər verir ki, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci il avqustun 28-də Masallı rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü A.Ağayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Elza Ağayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qətlə yetirib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
A.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ