Beyləqanda məktəbdə qəribə olay: Müəllimə 3-cü sinif şagirdinin başına vuraraq “sən dəlisən” deyərək psixoloji təcavüzə məruz qoyub
Tarix: 13-12-2021, 14:53
Baxılıb: 1 678
Google+ Paylaş
Tumblr Paylaş

Beyləqanda məktəbdə qəribə olay: Müəllimə 3-cü sinif şagirdinin başına vuraraq “sən dəlisən” deyərək psixoloji təcavüzə məruz qoyub

13-12-2021, 14:53

Bəs özünün necə, psixoloji durumu necədir?
Elmsiz bir ölkə müstəmləkəyə çevirilər. Bir ölkənin inkişafı, millətinin gələcəyi, onun təhsilindən başlayır. Özüdə bu təhsil ibtidai təhsildən başlayir. Təhsil hər bir xalqı işıqlı sabaha aparan yoldur. Ona görə də böyük Aristotel deyir: “Əgər bir Milləti məhv etmək istəyirsənsə, ilk əvvəl onun təhsilini əlindən al.”
Azərbaycan imperiyanın əsarətindən xilas olub öz azadlığını, müstəqilliyini əldə etdikdən sonra müstəqil bir dövlət olaraq inkişaf mərhələsinə qədəm qoydu. Ölkədə müstəqil dövlət  idarəçiliyinin təməli qoyuldu. Bütün sahələri əhatə edən qanunvericilik aktları qəbul olundu.  Təhsil, səhiyyə və Mədəniyyətimizin inkişafına böyük diqqət yetirildi. İllərlə rus ideologiyasının diqtəsi altında yazıb oxuyan xalqımız, artıq öz ana dildə yazıb oxumağa başladı. Bu gündə bu ənənə davam edir. Ölkəmizdə təhsilin inkişafına böyük diqqət yetirilir. İndiyə qədər təhsilin inkişafı üçün müxtəlif Dövlət Proqramları hazırlanıb, həyata keçirilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkənin ən ucqar kənd və qəsəbələrində saysız hesabsız məktəblər tikilib. Texniki baza yaradılıb. Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və savadının artırılması üçün müsabiqələr təşkil olunur, kurslar keçirilir. Bir sözlə, dövlət təhsilə böyük məbləğdə vəsait xərcləyir. İndi gəlin görək dövlətin bu qədər qayğılı münasibətinin və xərclədiyi vəsaitinin qarşısında məktəblərdə vəziyyət necədir.
Beyləqan təhsili mənəvi terrorun qurbanına çevrilib…
Beyləqan rayonundan gələn xəbərlər heç də ürəkaçan deyil. Belə ki, bir qrup  valideynlər RealMedia.az -a müraciət edərək rayon təhsilinin vəziyyətindən narahatçılıq keçirdiklərini bildirərək, vəziyyət dözülməz həddə çatdığını dilə gətirirlər. Onlar bildirirlər ki, bir çox məktəblər var ki, orda nəinki dərs, hətta hərif belə öyrədilmir. Müəllimlər yalnız maaş almaq üçün məktəbdə gözə görünüb gedirlər. Təhsil şöbəsi məktəblərə nəzarət etmir.Və yaxud edə bilmir. Harda savadsız müəllimlər var hamısını yığıb kənd məktəblərinə göndərirlər. Onlarda sinifə girən kimi dərsi atırlar bir kənara girirlər telefona. Ya selfi çəkirlər, ya da sosial şəbəkə, “tik-tok” seyir ediər. Çox biabırçı vəziyyət yaranıb. Bildirilir ki, dəfələrlə bu biabırçılıqla bağlı təhsil şöbəsinə şifahi məlumatlar versələr də, heç bir tədbir görülməyib.
Valideynlər onu da bildirirlər ki, təhsil şöbəsi bir qədər diqqəti şəhər məktəblərinə ayırıb. Oda ona görədir ki, nazirlikdən yoxlama gəlib gedəndə aparırlar həmin məktəblərə. Kənd məktəbləri isə yada düşmür. Yaxşı olar ki, nazirlik nümayəndələri gələndə kənd məktəblərinidə gəzib dolaşalar.
Beyləqanda elə kənd məktəbləri var ki, mal tovləsinə oxşayır,  bəziləri də üçün dağılıb. Davamiyyət sıfırdır. Həmin məktəblərdə dərs deyilmədiyindən uşaqlar dərsə getmir. Harda savadsız müəllimlər varsa, onların hamısı kənd məktəbinə göndərilir. Ona görə də valideynlər uşaqlarını kənddən rayona repititor yanına göndərmək məcburiyyətində qalırlar.
Məsələn, götürək elə Faxrəddin Quliyevə  adına Beyleqan rayon Eyvazalılar kənd tam orta məktəbini.Valideynlər bildirirlər ki, həmin məktəbdə nə davamiyyət var, nə də orda normal dərs deyilmir. Vəziyyət acınacaqlıdır. İş ondadır ki, sözügedən məktəbdəki mövcud problemlərdən təhsil şöbəsinin müdiri Suliddin Əsgərov da məlumatlıdır. Ancaq  nə olsun ki, yenə köhnə hamam, köhnə məktəb.
İddia olunur ki, bu məktəbdə elə müəllimlər var ki, uşaqlara dərs keçmək, onlara nəyisə başa salmaq, izah etmək əvəzinə onları döyür, psixoloji təzyiq göstərir. Necə ki, bu məktəbin sinif müəlliməsi Tamella Cəfərovanın psixoloji vərdişinə çevirilib.
Bildirilir ki, Tamella müəllimə şagirdlərə qarşı qeyri-adi davranışları ilə məktəbdə və kənddə ad çıxardıb.O, daha çox şagirdlərə qarşı mənəvi terrora meyillidir. Sanki uşaqları döyməklə, onlara qarşı psixoloji təsir göstərməklə rahatçılıq tapır. Məsələn, R. Cəfərovanın  psixoloji vərdişindən biri də məktəbə yoxlama gəldiyi halda dərsini bir qədər zəif oxuyan şagirdi dərsdən kənarlaşdırıb evə göndərməsidir. Hətta bu müəllimənin “özəl” vərdişlərindən biri də sinifdə şuluqluq edən uşağın başına vuraraq, onu sinif yoldaşlarının yanında “sən dəlisən” deyərək psixoloji təzyiqlərə məruz qoyması, təhqir etməsidir. Əslində bir müəlliməni  3-cü sinif şagirdinə qarşı bu cür davranış sərgiləməsi, əlbəttə ki, onun özünün psixoloji problemlərinin olmasına şübhə yaradır. İndi siz deyin görək, belə bir müəllimənin özünün psixoloji müayinəyə ehtiyacı var, ya yox?  Və yaxud həmin müəllimənin özünün davranışlarında pozuntu ola bilməzmi? Məncə, hər şey olar. O qədər oxumaqdan gözü kor olan, başı dəli olacaq qədər xarab olan nsanlar görmüşük ki, adamın ağlına hər şey gəlir. Yaxşısı budur ki, sinifdə uşağın başına vurub sinif yoldaşlarının yanında onu “dəli” adlandıraraq onu psixoloji gərginlik altına salan “müəllimənin” özünün psixoloji durumu test olunsun.
RealMedia.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ