loading...

“Birinci deputatlardan başlayırlar” - “biznes-klas”, yoxsa “ekonom-klas” polemikası

“Birinci deputatlardan başlayırlar” - “biznes-klas”, yoxsa “ekonom-klas” polemikasıQənaət rejiminə keçən Azərbaycanda parlament üzvlərinin dövlət büdcəsi hesabına uçuşlar zamanı “ekonom-klas”dan istifadə olunması təklif olunur.

Bu təkliflə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib.

Ekspert “facebook” profilində yazıb ki, deputatların büdcə vəsaiti hesabına “biznes-klas”dan istifadəsinin qadağan edilməsinə ehtiyac var: “Azərbaycanda parlament üzvləri dövlət büdcəsi hesabına “biznes-klas”a bilet alan az sayda ölkələrdən biridir. Qənaət paketlərinə səs verən deputatlar eyni zamanda vergi ödəyicilərinin pulu hesabına uçuşlarda biznes-klasdan istifadə etmələrinin qadağan edilməsini də dəstəkləməlidirlər. Yalnız parlament rəhbərliyi üçün belə imkan yaradıla bilər. Bu baxımdan, deputatların büdcə vəsaiti hesabına “biznes-klas”dan istifadəsinin qadağan edilməsinə ehtiyac var. Parlament üzvləri nə üçün seçicilərin ödədiyi vergi hesabına “biznes-klas”dan istifadə etməlidir?”

V. Bayramlı qeyd edib ki, 2016-cı ildə Milli Məclis və onun aparatının saxlanması üçün 22 milyon 694 min 934 manat ayrılacaq.

“Parlamentin bu il ezamiyyə xərcləri 1 milyon 110 min manat olacaq. Nəqliyyat xidmətləri haqqının ödənilməsi xərcləri 637 min 362 manat, digər nəqliyyat xidmətləri xərcləri isə 270 min manat nəzərdə tutulub. Bundan başqa, nəqliyyat vasitələrinin alınmasına 225 min manat, digər maşın və avadanlıqlara 405 min manat, yanacaq və sürtgü materiallarının alınmasına isə 637 min 362 manat ödəniləcək. Bu rəqəmlər dövlət büdcəsinin ümumi xərcləri ilə müqayisədə kiçik görünsə də, heç də xırda vəsaitlər deyillər. Eyni zamanda, əgər qənaət rejimidirsə, o zaman hər manata bütün idarəetmə qurumlarında qənaət etmək lazımdır. Parlament üzvlərinin bir dönəm üçün 5 il müddətinə seçildiyini nəzərə aldıqda, “biznes klas”ı “ekonom klas”a dəyişmək bu müddətdə milyonlarla qənaət demək olacaq”, - deyə o bildirib.

Publika.az deputatların bu təklifə münasibətini öyrənib.

“Parlamenti “qırmızı xətt” elan etmək doğru deyil”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, təkcə uçuşlarla bağlı deyil, bütün sahələrdə qənaət rejiminə keçmək lazımdır: “Ölkədə bütün sahələr üzrə bunu etməliyik. İstər biletdə, istər xidmətdə, istər təbii qaz, yaxud elektrik enerjisində, istərsə digər sahələrdə qənaət edilməlidir ki, büdcəyə qalan vəsait böyük məbləğdə olsun. Bu, təkcə parlament üzvlərinə aid olmamalıdır”.


V. Əhmədov qeyd edib ki, bu məsələni Milli Məclisdə qaldırmağa ehtiyac yoxdur.


“Parlamenti “qırmızı xətt” elan etmək doğru deyil. Buna bütün dövlət qurumlarında əməl edilməlidir”, - deyə o bildirib.


“Təklif yaxşıdır, amma tam deyil”


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Əli Məsimli isə bu təklifin yaxşı olduğunu düşünür. Lakin onun fikrincə, təklif yarımçıqdır: “Bu, təkcə qanunverici orqanın nümayəndələri deyil, icraedici orqanlar, eləcə də məhkəmə hakimiyyəti nümayəndələrinə də şamil olunmalıdır. Qənaət rejiminə əməl etmək çox vacibdir. Amma bu tam şəkildə aparılmalıdır. Əgər tam olaraq aparılsa, onda nəzərdə tutulan məbləğ 3, yaxud 5 dəfə artacaq”.

“Azərbaycanda nəsə olanda birinci deputatlardan başlayırlar”

Milli Məclisin deputatı Fazil Mustafa da hesab edir ki, bu, bütövlükdə çıxış yolu deyil: “Ümumiyyətlə Azərbaycanda nəsə olanda birinci deputatlardan başlayırlar. Halbuki deputatlar geniş imtiyaza sahib olmayan təbəqədir. Qənaət rejimini daha çox başqa sahələrdən başlamaq lazımdır. Məsələn, əksər deputatın avtomobili yoxdur. Amma idarələrdə, nazirliklərdə şöbə müdirlərinin belə avtomobilləri var. Lazımsız strukturları, ştatları ləğv etmək lazımdır. Mühafizədən tutmuş başqa sahələrə qədər kimlər üçünsə xüsusi yaradılmış əlavə ştatlar var. Buna baxmaq lazımdır. Yaxud ayrı-ayrı sahələrdə şişirdilmiş aparatları ləğv etmək lazımdır”.

F. Mustafa özünün “ekonom-klas”da uçmasından narahat olmadığını qeyd edib.


“Mən öz adımdan deyə bilərəm ki, xüsusi fərqlənməyin lehinə deyiləm. Başqalarının adından deyə bilmərəm, amma mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Şəxsən mən ümumi rəsmi tədbirlərdən savayı, başqa vaxt “biznes-klas”da uçmuram. Lakin deputatlar ildə bir, yaxud iki dəfə harasa uçur. Bunu hansısa başqa formada etməklə nəyəsə nail olmaq mümkün deyil. Bu gün 100 deputatın avtomobili yoxdur. Biz daha çox öz şəxsi avtomobilimizdən istifadə edirik. Amma cəmiyyət daha çox deputatların üzərinə gəlir. Halbuki, bəzi yerlərdə şöbə müdirlərinin belə dövlət maşını var. Bunları aradan qaldırmaq lazımdır”, - deyə o bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər