loading...

Başdaşı ilə selfi… – Qəbiristanlıq, yoxsa sosial şəbəkələr?

Başdaşı ilə selfi… – Qəbiristanlıq, yoxsa sosial şəbəkələr?Artıq bir müddətdir ki, sosial şəbəkələr insanların xoş günlərini, kədərini bölüşmək üçün üz tutduqları ilk ünvan olub. Hətta məzar daşı ilə selfi çəkənlər, qəbiristanlıqda olduğunu “chek-in” edənlər belə var.
Haqlı olaraq, bu hal sosial şəbəkə istifadəçiləri tərəfindən qınağa səbəb olub. Onların fikrinə görə, insan valideynini, övladını, sevdiyi bir şəxsi itirəndə sosial şəbəkədə nəsə paylaşmaq, xüsusilə də yas yerində, qəbir başında fotolar çəkdirmək halında olmur. Əgər belə edirsə…
Nöqtələrin yerinə bir neçə fikir səsləndirilir. Kimisi bunu psixoloji vəziyyət, kimisi göstəriş, kimisi isə anormallıq adlandırır.
Biz də “Qazfqazinfo” olaraq məsələyə psixoloq rəyini öyrənmək istədik. Psixoloq Elnur Rüstəmovbu halın etik baxımından doğru olmadığını bildirib:
“Sənin yaxının rəhmətə gedir və ilk etdiyin iş məzar başında, başdaşı ilə selfi çəkib paylaşmaq olur. Normal insan kədərini bu cür ifadə etmir. Texnologiya əsridir, ola bilər ki, kiminsə yaxını rəhmətə gedib və bunu dost-tanışı məlumat üçün sosial şəbəkələrdə yazsın, insanları xəbərdar etsin. Ancaq artıq bu hal qarşısı alınmaz bir vəziyyətə gəlib çatıb.
Bunun kütləvi hal almasını, getdikcə yayılmasını normal hal kimi dəyərləndirmək olmaz. Bu hər hansı bir norma deyil, patologiyadır. Yaşanan kədərdən sonra psixoloji tarazlıq pozula bilər. Ancaq heç bir halda bu kimi nüanslar normal qəbul edilə bilməz”.

Digər bir psixoloq Gülər Əsədova sözügedən insanları narsist adlandırıb. Psixoloqun fikrincə, bu insanlar özünü sevən və hər kəsdən qayğı tələb edən şəxslərdir:
“Bu insanlarda narsizm əlamətləri var. Onlar hamıdan özünü üstün görür, diqqət və qayğı gözləyirlər. Acısını bu şəkildə ifadə etməklə insanları daha çox inandıracaqlarını düşünürlər. Ancaq dediyiniz kimi bu tam əks nəticə göstərir. Bu sadəcə bir psixoloji xəstəlikdir”.
Aktiv sosial şəbəkə istifadəçisi Rəşad Müseyibzadə artıq məzar başında çəkilən fotoların onun üçün adiləşdiyini bildirib:
“Əvvəl-əvvəl qəribə gəlirdi, amma zamanla öyrəşirsən. Necə ki, yediyin yeməyin, hara gedirsənsə, oranı “chek-in” edir, şəkil paylaşırsansa, qəbiristanlıq da o məkanlardan biridir. Sosial şəbəkədə öz sevincimi, kədərimi, yediyimi, içdiyimi, sevdiyimi tez-tez paylaşan biri olduğum üçün, kiminsə “nənəm öldü, çox kədərliyəm, bizi qoyub, hara getdin, ay nənə?” yazmasına, və ya babasının başdaşı ilə selfi çəkdirməsinə bir söz deyə bilmərəm. Fikrimcə, artıq bunları normal qarşılamalıyıq”.
Məşhur viner Hüseyn Əzizoğludan bu məsələyə yumorik bir video çəkib çəkmədiyini soruşduğumuz zaman, bir neçə dəfə cəhd etsə də, anlaşılmayacağı üçün hazırlamadığını söyləyib:
“Bu mövzuda “vine” çəkmək istəyirdim. Sonradan qorxdum ki, qınaq mövqeyinə çevrilərəm. Çalışıram ki, bu cür mövzulara toxunmayım, çünki bunu tənqid kimi yox, öz şəxsi fikrim kimi qəbul edirlər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər