Beyləqan Mərkəzi Xəstəxanasında Lələkişli Mədətovun "ATTESTASİYA" oyunu
Tarix: 3-12-2021, 15:22
Baxılıb: 886
Google+ Paylaş
Tumblr Paylaş

Beyləqan Mərkəzi Xəstəxanasında Lələkişli Mədətovun "ATTESTASİYA" oyunu

3-12-2021, 15:22

Əziz oxucular Beyləqan Mərkəzi Xəstəxanasının baş mühasibi Lələkişi Mədətovun həkimlərdən gizli pul yığması barədə "Beyləqan Xəbərləri" səhifəsinə ilginc məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, Səhiyyə Nazirliyinin attestasiyasından keçmək istəyən həkimlərimiz Lələkişi Mədətova hesab verməklə məsələni rahat şəkildə həll edirlər. Tibb sahəsində bəzi məslələri unudan bu həkimlər əziyyətə düşüb oxumaq istəmirlər və buna görədə onlar baş mühasibin "yardımı"ndan istifadə etməyə üstünlük verirlər. 

Səhifəmizə daxil olan məlumatda qeyd edilir ki, Lələkişi Mədətovun atestasiya alveri təkcə Beyləqanı yox digər rayonları da əhatə edir. Belə ki, Xocavənd, Füzuli və Ağcabədi rayonlarından olan həkimlərdə Lələkişi Mədətovun "köməyin"dən istifadə edirlər. 

Qeyd edək ki, Lələkişi Mədətov 20 ilə yaxındır Beyləqan Mərkəzi Xəstəxanasının baş mühasibi işləyir. Dövlətin səhiyyə sisteminə ayırdığı vəsaitlərin silinməsində "usta" olan bu ZAT kiçik oliqarxa çevrilib desək heçdə yanılmarıq. Bakı şəhərində bir neçə evi, obyekti, Beyləqanda hektarlarla torpaq sahəsi, ferması, təsərrüfatı və kombayn maşınları var bu ZATın. 

İllərdi dövlətin vəsaitini müxtəlif tenderlər və ölü canlar hesabına mənimsəyən Lələkişi Mədətov heç kəsdən qorxmadığını deyir. Səhifəmizə verilən məlumatda bildirilir ki, Lələkişi Mədəov yaxın ətrafında açıq şəkildə deyir ki, onun arxasında Səhiyyə Nazirliyinnin, TƏBİB-in və İcbarı Sığorta Agnetliyinin rəhbərliyində təmsil olunan şəxslər dayanır. Hətta Lələkişi Mədətov yaxın qohumu Oktay Quliyev vasitəsi ilə adı çəkilən qurumların rəhbərliyindəki şəxslərə hər il hesab ötürdüyünü belə dilə gətirməkdən çəkinmir.

Əziz oxuclar növbəti yazımızda Lələkişi Mədətovun Beyləqan Mərkəzi Xəstəxanasında həyata keçirtdiyi tender maxinasiyaları barədə sizlərə ətraflı məlumat verəcəyik. 

Bizi izləməkdə davam edin...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ