loading...

60 minədək adam Zika virusuna yoluxub

60 minədək adam Zika virusuna yoluxubKolumbiyada son həftə ərzində 3114 nəfərin Zika virusuna yoluxduğu qeydə alınıb. Nəticədə epidemiya başlanandan bəri yoluxanların ümumi sayı 58,8 min nəfərə çatıb. Onlardan 10,8 min nəfəri hamilə qadın olub.

Tibb işçiləri Zika virusuna yoluxan 381 nəfərdə Qiyena-Barre sindromunun qeydə alındığını bildiriblər.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Zika virusu insanın sinir hüceyrələrinə keçir və hamilə qadının uşaq salmasına və ya ölümünə gətirib çıxara bilər.

Hazırda Kolumbiya bu qızdırmaya yoluxanların sayına görə Latın Amerikası və Karib hövzəsində Braziliyadan sonra ikinci ölkədir. Bu həftə Hondurasda Zika qızdırmasından birinci ölüm hadisəsi qeydə alınıb.

Zika qızdırması – meymunların kəskin infeksiya xəstəliyidir. Bu xəstəlik bəzən insana ağcaqanadla keçir və xoşxassəli qızdırma səciyyəsinə malikdir. Virus daha çox hamilə qadınlar üçün təhlükəlidir, çünki döldə potensial ağır zədələrlə beyində mikrosefaliya yaradır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər