Bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev Azərbaycan-Ermənistan sərhədində son baş verənlər barədə danışarkən deyib.
O bildirib ki, sərhəddə son baş verənlərin səbəbi erməni təxribatlarıdır: “Azərbaycan ordusu erməni təxribatlarına cavab verərək düşmənin geri çəkilməyi üçün əlindən gələni edir. Hazırda döyüşlər səngiməyib. Düşmən tərəfindən əsir götürülənlər var, düşmən silah-sursat itkisinə məruz qalıb. Təxminən 10 nəfər düşmən əsgəri yaralanıb və ya ölüb. Yaxın saatlarda düşmən tərəfinin itkilərinin artacağı istisna deyil. Ermənistan bilsin ki, çox keçməz, yaxın saatlarda başı əzilər”.