Müdafiə Nazirliyi Ermənistanın təxribatı ilə bağlı brifinq keçirir.
Reportyor.org xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində Azərbaycana qarşı törədilən genişmiqyaslı təxribatlarla əlaqədar açıqlamalar verib:
"Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur. Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır"- açıqlamada bildirilir.