loading...

Artur Rasi-zadə və nazirlərə yeni vəzifə verildi,Prezident komissiyanın yeni tərkibini təsdiq etdi (SİYAHI)

Artur Rasi-zadə və nazirlərə yeni vəzifə verildi,Prezident komissiyanın yeni tərkibini təsdiq etdi (SİYAHI)Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman verib.

Fərmana əsasən aşağıdakı tərkibdə olan şəxslərə yeni vəzifələr tapşırılıb:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Abbas Ələsgərov – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Arif Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri

İsmayıl Sadıqov – Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Altay Hacıyev – xalq rəssamı

Arif Məlikov – xalq artisti

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Mövlud Süleymanlı – xalq yazıçısı

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1515) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər