“Kənan Məmmədova bahalı hədiyyələr, bəxşişlər vermədiyim üçün Bakı gömrüyü məni incidir” — İş adamından SENSASİON İTTİHAMLAR
Tarix: 27-10-2021, 13:48
Baxılıb: 830
Google+ Paylaş
Tumblr Paylaş

“Kənan Məmmədova bahalı hədiyyələr, bəxşişlər vermədiyim üçün Bakı gömrüyü məni incidir” — İş adamından SENSASİON İTTİHAMLAR

27-10-2021, 13:48


“LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanov Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin və Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri barədə Demokrat.az-ın redaksiyasına açıq məktub ünvanlayıb.R.Aslanov bildirib ki, Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi tərəfindən ona bürokratik və süni əngəllər yaradılır.
İş adamı R.Aslanov bununla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və müxtəlif dövlət qurumlarının rəhbərlərinə açıq şikayət məktubu ünvanlayıb.
Hörmətli Cənab Prezident,
Bir neçə gün öncə,  16 oktyabrda 19/21 saylı  və  21 oktyabrda 20/21 saylı məktublarımla Sizin elektron poçt ünvanınıza müraciət etmişdim. Həmin məktublarda mənə məxsus olan “LİON CENTRE” MMC şirkəti ilə Çin Xalq Respublikasından idxal edilən malların Bakı Baş Gömrük İdarəsindən qeyri-müəyyən səbəblərdən buraxılmadığını və ümumiyyətlə, respublika gömrük orqanları tərəfindən şirkətimin fəaliyyəti ilə bağlı yaradılan süni maneələri qeyd etmişdim.
Məlumat üçün bildirim ki, yalnız bu gün, yəni sonuncu məktubumdan 5 gün sonra çox böyük əziyyətlə şirkətimə aid olan mal ilə bağlı gömrük rəsmiləşdirilməsi həyata keçirildi. Bu günlər ərzində şirkətimə dəymiş maddi ziyan gömrük orqanları tərəfindən  ödənilmədi, eyni zamanda şirkətim “LİON CENTRE” MMC-nin ticari imicinə xələl gətirildi, prestijimə zərbə vuruldu, həmçinin əsəb, sarsıntı səbəbilə səhhətimə də böyük ölçüdə zərər dəydi.
Nəzərinizə çatdırmaq istəyirəm ki, şirkətimin işinin dayanmaması üçün şirkət işçilərinə aylıq əmək haqqı və şirkətimlə bağlı kommunal xidmətlərin xərcini ödədiyimdən məcbur olaraq Bakı Baş Gömrük İdarəsinin təkidlə, sözün əsl mənasında öhdəliyimə qoymaq istədiyi qiymətlə razılaşaraq mallarımı gömrükdən çıxarmalı oldum.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ