Təbrizdə valiyə şillə vuran şəxs görün kim İMİŞ – VİDEO GÜNDƏM
Tarix: 24-10-2021, 23:52
Baxılıb: 896
Google+ Paylaş
Tumblr Paylaş

Təbrizdə valiyə şillə vuran şəxs görün kim İMİŞ – VİDEO GÜNDƏM

24-10-2021, 23:52


Təbriz Şəhər Valilik binasında şəhərə yeni vali təyin edilən Xürrem Rezevi səhnəyə qalxan bir şəxs tərəfindən hücuma məruz qalıb.

Məlumata görə, Xürrem Rezeviniyə şillə vuran şəxs bu etirazı onunla əlaqələndirib ki, Təbrizdə fars dilində çıxış təbrizlilərə təhqirdi.
Hadisə ilə bağlı tanınmış jurnalist Fikrət Fərəməzoğlu da maraqlı məlumat paylaşıb.
Busaat.az   həmin məlumatı təqdim edir:
“Təbrizdə baş verən məlum hadisənin səbəbkarı heç də kiçik adam olmayıb. Həmin şəxs İran-İraq müharibəsi zamanı yalnız Azərbaycan türklərindən təşkil olunmuş, müharibənin taleyini dəyişmiş, habelə İraq ordusunun ən çox çəkindiyi “Ləşkəre Aşura”, yəni “Aşura Ordusu”nun polkovnikidir.
İranda həmin ordunun tərkibində döyüşmüş, amma sağ qalmış adamlara xüsusi simpatiya var. Çünki onlar müharibə zamanı ən çətin tapşırıqları, ən ağır əməliyyatları keçirən və “Canlı Şəhid” adını qazanmış adamlardırlar. Bir sözlə, hökumət belə onlardan bu gün də ciddi şəkildə çəkinir.
Adamın adı açıqlanmır. Hadisənin şəxsi zəmində baş verdiyi deyilir ki, bu inandırıcı deyil. Adam, xüsusən də Təbrizli həyatı boyu ciddi səbəb olmadan, özü də Daxili işlər nazirinin düz gözü qarşısında valiyə sillə vurmaz. Demək ki, əsaslı bir səbəb var”.
 
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ