Cənubi azərbaycanlılara ilk RƏSMİ EYHAM: Ərdoğanın çıxışı Tehranı ÇALXALADI - TƏHLİL
Tarix: 22-10-2021, 00:32
Baxılıb: 815
Google+ Paylaş
Tumblr Paylaş

Cənubi azərbaycanlılara ilk RƏSMİ EYHAM: Ərdoğanın çıxışı Tehranı ÇALXALADI - TƏHLİL

22-10-2021, 00:32

Türkiyənin “Star”qəzetinin yazarı Sevil Nuriyeva prezident R. T. Ərdoğana sual verir ki, İran Azərbaycanla sərhəd ərazilərində hərbi təlimlər keçirir, bu ölkənin İsrail ilə əlaqələrindən danışır, Türkiyənin Cənubi Qafqazda aktiv və davamlı aktyora çevrilməsindən sonra, İranın bu fəaliyyətinin bir mənası varmı…? Ərdoğan da deyir ki, İsrailin Azərbaycanla əlaqələrinə İranın qarşı çıxması və bu münasibətləri hədəf seçməsi doğru deyil. Çünki, bu gün İrandakı azərbaycanlıların sayı məlumdur. Türk prezidentə görə, bu yanlışdır, düşündürücüdür və zənn edir ki, yeni prezident İbrahim Rəisi bu səhvi davam etirməz.



Rəcəb Təyyib Ərdoğanın fikirlərindən iki vacib nəticəni çıxarmaq olar:

  1. İlk dəfə olaraq, Türkiyə prezidenti İranda yaşayan milyonlarla azərbaycanlı mövzusunda fikir bildirir və altını cızır ki, İran Azərbaycanla münasibətlərində ərazisindəki xeyli sayda azərbaycanlının varlığını nəzərə almalıdır. Əslində, indiyə kimi, İrandakı etnik azərbaycanlıların sayı və bu məsələnin həssas olduğu haqqında ancaq Türkiyədəki müxalif partiyalar, beyin mərkəzləri və QHT-lər danışırdı. Ərdoğanın “Zəfər günü” Bakıda səsləndirdiyi şeir də birbaşa hədəfdə idi.
  2. Türkiyə və İsrail münasibətlərinin xeyli müddətdir normal olmamasına baxmayaraq AKP iqtidarı rəsmi Bakı və Təl-Əviv arasındakı isti münasibətlərə dözümlü yanaşır. Həmçinin, son illərdə Türkiyə həm İsrail, həm Misir, həm də BƏƏ və Səudiyyə Ərəbistanı ilə münasibətlərini qaydaya salır.


Qeyd edim ki, Misirdə “Müsəlman Qardaşlar” iqtidarının general Əbdül Fəttah Sisi tərəfindən devrilməsindən sonra Türkiyə və Misir münasibətləri korlanmışdı. Səudiyyəli jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilməsindən sonra rəsmi Ər-Riyadla münasibətlər də soyumuşdu. BƏƏ ilə də Liviyada toqquşmuşdular. O vaxt Rəsmi Əbu-Dabi qiyamçı marşal Xəftəri BMT tərəfindən tanınan hökumətə qarşı müdafiə edirdi. İndi isə Türkiyə iqtidarı adı çəkilən ölkələr və Naftali Bennettin İsraildə qurduğu yeni koalisiya iqtidarı ilə danışıqlar aparır.


Hazırda İsrail və körfəzdəki ərəb monarxiyaları İrana qarşıdır və onun nüvə silahına nail olmasını istəmir. İran da zəhərini İsrail və ərəb ölkələrinə deyil, bizə qusur.



Zənnimcə, Ərdoğanın Afrikadan geri dönüşdə İranla bağlı verilən suala cavab olaraq bu ölkədəki milyonlarla azərbaycanlıdan bəhs etməsi təqdirəlayiq haldır. Təbii ki, İran da buna öz mediasında ya tərbiyəsiz karikaturalarla, ya da ənənəvi kürd və ələvi saqqızı ilə ilə cavab verəcək.
Kürd teması da artıq işə yaramır, çünki İran ərazisindəki bəluclara, ərəblərə, türkmənlərə, azərbaycanlılara, qaşqay türklərinə həmişə repressiya tətbiq edib(r).

Kamal Əliyev /KAİM.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ