Lavrovdan Ərdoğana GÖZLƏNİLMƏZ DƏSTƏK: Rusiya RAZILAŞDI
Tarix: 20-10-2021, 11:57
Baxılıb: 775
Google+ Paylaş
Tumblr Paylaş

Lavrovdan Ərdoğana GÖZLƏNİLMƏZ DƏSTƏK: Rusiya RAZILAŞDI

20-10-2021, 11:57

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi "BMT-nin beş daimi üzvü dünyanın qalan hissəsini diktə etmək hüququna malik deyil" fikrinə dəstək verib.

REPORTYOR.org xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Ərdoğanın BMT ilə bağlı son illərdə dilə gətirdiyi islahat çağırısına dünya miqyasında dəstək verilir.
Lavrov Soçidə keçirilən "Valday" forumundan sonra çıxış edərkən bildirib ki, dünyada BMT-nin qurulduğu dövrdən daha artıq ölkə var.
Lavrov bu faktların işığında BMT-nin yenidən təşkilinin zəruriliyini ifadə edib.

"Mən Ərdoğanla razıyam ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün dünyanın taleyini diktə etmək hüququ yoxdur", - deyə Rusiya XİN başçısı bildirib.

Qərb ölkələrinin BMT-ni nəzarət altında saxladıqlarına işarə edən Lavrov deyib ki, inkişaf etməkdə olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin də Təhlükəsizlik Şurasında iştirakı təmin olunmalıdır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi "Dünya beşdən böyükdür" ifadəsi son zamanlar müzakirə mövzusuna çevrilib. /Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ