AZƏRBAYCANDA YOL CƏRİMƏSİNİ ÖDƏMƏYƏN MƏMUR MƏHKƏMƏYƏ VERİLDİ
Tarix: 7-10-2021, 14:59
Baxılıb: 621
Google+ Paylaş
Tumblr Paylaş

AZƏRBAYCANDA YOL CƏRİMƏSİNİ ÖDƏMƏYƏN MƏMUR MƏHKƏMƏYƏ VERİLDİ

7-10-2021, 14:59

Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşı məhkəməyə verilib.

İcra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Solxayev Zaur Sağır oğlu yol hərəkəti qaydalarını pozduğu üçün ona tərtib olunan cəriməni ödəməyib.
Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə protokol tərtib edilib.
Protokol baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib. İş hakim Zamin Tahirovun icraatına verilib.
Həmin maddə əsasında şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ