Oğuz rayon icra başçısının müavini Etibar Yusifov 2 il azadlıqdan məhrum edilə bilər
Tarix: 10-09-2021, 16:30
Baxılıb: 904
Google+ Paylaş
Tumblr Paylaş

Oğuz rayon icra başçısının müavini Etibar Yusifov 2 il azadlıqdan məhrum edilə bilər

10-09-2021, 16:30

Bir neçə gün öncə mediada Oğuz rayon İcra Hakimiyyəti tərəfindən 2-ci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımıza qarşı inanılmaz addım atılması ilə bağlı məlumatlar yayılıb.

Mediada yayılan məlumatlarda qeyd edilirdi ki, avqustun 29-da Oğuz rayon Şəhidlər Xiyabanında şəhidlərimizin məzarı üzərinə qoyulan əklil və bayraqlar sökülərək, yaxınlıqdakı zibilliyə atılıb.

Sakinlər bildirib ki, əklillərin məzardan götürülməsi əmrini icra başçısının müavini Etibar Yusifov verib. Şəhid valideynləri İcra Hakimiyyətindən bunun səbəbini öyrənməyə çalışanda Etibar Yusifov ”əcəb etmişik” deyib.
Bundan başqa, Oğuz rayonunda şəhid ailələri İcra Hakimiyyəti önündə aksiya keçirib. Aksiyaya səbəb şəhidlər xiyabanında şəhid məzarları üzərindən əklil və dövlət bayraqlarımızın götürülərək zibilliyə atılması olub.

İcra başçısı şəhid valideynləri ilə görüşsə də, bu qərarı verən şəxs – icra başçısının müavini Etibar Yusifov onların qarşısına çıxmayıb.

İcra başçısı Eyvaz Qurbanov şəhid ailələrinə məsələnin həllinə dair söz verib. Şəhid valideynləri isə Etibar Yusifovun vəzifədən azad olunmayana qədər mübarizə aparacaqlarını bildiriblər.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov bildirib ki, Oğuz rayonunda baş verən hadisə mənəvi cinayətdir: “Şəhid məzarından əklilin və dövlət bayrağının götürülməsi ilk növbədə mənəvi pozuntudur. Böyük təəssüf hissi doğurur”.

Həmçinin, Dövlət bayrağını və dövlət gerbini təhqir etmək cinayət xarakteri daşıyır. Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, bayraq və gerbimizi hansısa bir formada təhqir etmək və yaxud təhqir olunmasına göstəriş vermək 1 ilədək azadlıqdan məhrum etmə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ