Qanunda olmayan nişanı yola quraşdırıb sürücüləri çaşdırdılar - FOTO
Tarix: 22-08-2021, 17:10
Baxılıb: 935
Google+ Paylaş
Tumblr Paylaş

Qanunda olmayan nişanı yola quraşdırıb sürücüləri çaşdırdılar - FOTO

22-08-2021, 17:10

Ağstafa şəhərində küçələrin birinə quraşdırılmış yol nişanı sürücülər arasında çaşqınlıq yaradıb. Avtosfer.az xəbər verir ki, Ağstafa bazarının arxasındakı küçədə (Heydər Əliyev prospektini birləşdirən küçədə) yolun girişinə 3.1 giriş qadağandır nişanı, altına isə qanunda olmayan lövhəcik quraşdırılıb.
Tətbiq edilmiş nişandan belə başa düşülür ki, giriş qadağandır nişanı 17:00-dan qüvvəyə minir. Amma hansı saata kimi?- bax o sual altındadır.

Qeyd edək ki, qüvvədə olma vaxtı bildirən lövhəciyin üzərində iki saat əks olunur; qüvvəyə minmə və qüvvədən düşmə saatı. Lakin bu lövhəcik 3.1 nişanı ilə quraşdırılması yenə də qanunvericiliyə uyğun deyil.

 

Təbriz


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ