loading...

BANK SEKTORU ÇÖKÜR – Oliqarxların bankları əllərindən alına bilər

BANK SEKTORU ÇÖKÜR – Oliqarxların bankları əllərindən alına bilərPrezidentin köməkçisi: «Bankları ilk növbədə onların sahiblərindən qorumalıyıq»

Azərbaycanda fəaliyyət göstərən 37 bankdan 16-sı 2015-ci ilin yekunu ilə bağlı maliyyə hesabatını hələ də açıqlamayıb. Turan-ın məlumatına görə, ictimaiyyətə hesabat vermiş qalan 21 bankdan 14-ü ili mənfəətlə, 7-si isə ziyanla başa vurduğunu bəyan edib. Ekspertlər hesab edir ki, əgər cari ilin 3-cü ayında hansısa banklar ötən ilin hesabatını açıqlamağa tələsmirsə, böyük ehtimalla, onlar ötən ili ziyanla başa vurublar. Yəni kredit təşkilatları maliyyə vəziyyətlərini açıqlamağı lazım bilmirlər. Odur ki, ölkədəki 37 bankın 21-nin 2015-ci ildən ziyanla çıxdığını ehtimal etmək olar. Bu cür vəziyyətin yaranması isə, şübhəsiz ki, ötən il manatın 2 dəfə ucuzlaşdırılması ilə bağlıdır.
Milli valyutanın sabit olduğu 2014-ci ildə isə hazırda mövcud olan 37 bankdan cəmi 3-ü maliyyə hesabatını açıqlamayıb. 2 bankın – “Caspian Development Bank” və “Zıraat Bank (Azərbaycan)”ın 2014-cü ildə bazarda olmadığını nəzərə alsaq, yerdə 32 bank qalır. Onların isə cəmi 3-ü 2014-cü ildən ziyanla çıxıb. Başqa sözlə, devalvasiyaya qədər bank sektorunda ciddi problem yaşanmayıb və bankların əksəriyyəti mənfəətlə işləyib.
Mənfəət-zərər göstəricilərinə nəzər salsaq, görərik ki, həm 2014, həm də 2015-ci ildə hesabat yaymış bankların əksəriyyətində mənfəətin azalması baş verib. Məsələn, mənfəət göstəricisi “Accessbank”da 23,7 dəfə, “AFB Bank”da 1,9 dəfə, “Atabank”da 5,5 dəfə, “Azərbaycan Sənaye Bankı”nda 2,3 dəfə, “Expressbank”da 20 dəfə, “Muğanbank”da 10,7 dəfə, “PAŞA Bank”da 3,6 dəfə, “Rabitəbank”da 1,4 dəfə və nəhayət, “Turanbank”da fantastik həddə – 103 dəfə azalıb.
Bəzi banklar isə əksinə, mənfəətini artırmağı bacarıb. Amma onların sayı elə də çox deyil. Devalvasiya ili “Bank Avrasiya” və Iran Milli Bankının Bakı filialı üçün düşərli olub. Bu banklar mənfəətlərini müvafiq olaraq 54,9 dəfə və 9,1 dəfə artırıblar.
Həm 2014, həm də 2015-ci ili ziyanla başa vuran banklar da var və bu banklardan 2-də zərər göstəricisi artım nümayiş etdirib. Məsələn, “Dekabank”ın zərəri 7,1 dəfə, “Günaybank”ın zərəri 15,6 dəfə artıb. “Parabank” isə zərərini 7,1 dəfə azaldıb.



İqtisadçı-ekspert Samir Əliyev azadlıq.info-ya bildirib ki, 2016-cı ildə Azərbaycanda ziyanla işləyən bankların sayı bir qədər də artacaq. Onun fikrincə, ölkədə kreditləşmənin zəifləməsi, paralel olaraq isə problemli kreditlərin artması banklara mənfəətlə işləməyə imkan verməyəcək. “Manatın devalvasiyası dollar kreditlərin qaytarılmasını çətinləşdirib. 2016-cı ildə bankların əsas problemi vaxtı keçmiş kreditlər olacaq. Belə kreditlərin həcmi artmaqda davam edəcək. Manatın isə getdikcə ucuzlaşmaqda davam etməsi bu problemi daha da dərinləşdirəcək. Yalnız hökumətdən dəstək hesabına problemi nisbətən yoluna qoymaq mümkündür. Əks halda bankların gəlirləri kəskin azalacaq və onların əmanətçilər qarşısında öhdəliklərinin yerinə yetirilməsində də çətinlik yaranacaq”, – deyə Samir Əliyev bildirib.
Azərbaycan Mərkəzi Bankı sonuncu dəfə ölkədəki kommersiya banklarından neçəsinin mənfəətlə, neçəsinin zərərlə işlədiyini 2015-ci ilin yanvar ayının yekununda, yəni manatın ilk devalvasiyasından öncə açıqlayıb. Son 1 ildə isə AMB bununla bağlı heç bir məlumat verməyib. Qurumun mətbuat xidmətində mənfəət-zərər göstəricilərinin ictimaiyyətə açıqlanmamasını heç cür izah edə bilmirlər və yalnız gec-tez bu rəqəmlərin açıqlanacağını deyirlər. Amma bu qeyri-müəyyənliyin özü də bank sektorunda vəziyyətin elə də yaxşı olmadığını, ziyanla işləyən kredit təşkilatlarının sayınımn artdığını göstərir.

Bu arada prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov banklar barədə maraqlı açıqlamalar verib. Trend-in məlumatına görə, Natiq Əmirov “Azərbaycanda aparılan iqtisadi islahatlara Amerika Ticarət Palatasının dəstəyi” mövzusunda keçirilən konfransda deyib ki, Azərbaycanın bank sektorunda korporativ idarəetmə ilə bağlı ciddi problemlər var.
Onun sözlərinə görə, bəzi bank sahibləri bankları mağaza qismində nəzərdən keçirir və kimə kredit verməyi göstətir: “Biz bankları ilk növbədə onların sahiblərindən qorumalıyıq”
Natiq Əmirov qeyd edib ki, banklar öz kredit siyasətini düzgün müəyyənləşdirməlidir: “Kreditlər və əmanətlər üzrə faiz dərəcələri optimallaşdırılmalıdır”.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bankların əhəmiyyətli hissəsi oliqarx-məmurlara məxsusdur. Natiq Əmirovun “bankları ilk növbədə onların sahiblərindən qorumalıyıq” fikri oliqarxların nəzarətində olan bankların onların əlindən alınacağı ehtimalını yaradır. Onsuz da bankların konsolidaisiyası gündəmə gətirilib. Görünür, hakimiyyət bu prosesdə oliqarxların da banklarını “yemək” istəyir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər