loading...

Mühafizəçilər İŞİD-ə satılıb

Mühafizəçilər İŞİD-ə satılıb2015-ci il noyabrın 13-də Parisdə yerləşən “Bataklan” konsert kompleksində həyata keçirilən terror aktına bu müəssisənin mühafizəçiləri cəlb oluna bilərdi.

Bu iddianı həmin vaxt kompleksdə konsert proqramı ilə çıxış edən ABŞ-ın “Eagles of Death Metal” rok qrupunun üzvü Cessi Xyuz səsləndirib.

O, jurnalistlərə müsahibəsində deyib ki, keşikçilərdən biri onda şübhə doğurub. Xyuzun sözlərinə görə, mühafizəçi onun gözlərinə baxmaqdan çəkinirdi. Rok qrupunun üzvü həmçinin bildirib ki, həmin gün bəzi mühafizəçilər işə çıxmayıb.

“Araşdırmanı aparan polisin işinə hörmət etdiyimə görə hər hansı bəyanatları verməyəcəm. Amma görünür ki, onların işə gəlməmələri üçün səbəb var idi”, - Cessi Xyuz deyib.

Xyuz daha əvvəl “Vanity Fair” jurnalına müsahibəsində bildirib ki, konsertdən əvvəl konsert kompleksinin qarşısında davranışları və geyimi auditoriya üçün tipik olmayan iki nəfər görünüb.

Öz növbəsində teatrın rəhbərliyi mühafizə xidmətinin işini etibardan salan musiqiçinin fərziyyələrini rədd edib. O, bildirib ki, təhlükəsizlik xidmətinin peşəkarlığı və əməkdaşlarının cəsarəti yüzlərlə insanı xilas etməyə kömək edib.

Qeyd edək ki, noyabrın 13-də Parisdə silsilə terror aktları zamanı 129 nəfər ölüb. Onların əksəriyyəti “Bataklan” konsert kompleksində həyatını itirib. İŞİD terror təşkilatı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər