loading...

Britaniya mətbuatı: “Azərbaycan hökuməti 2 milyard dollar borc axtarır“

Britaniya mətbuatı: “Azərbaycan hökuməti 2 milyard dollar borc axtarır“The Financial Times” qəzeti yazır ki, Azərbaycan hakimiyyətinin nümayəndələri ölkənin ən böyük enerji layihəsini maliyyələşdirmək məqsədilə cümə axşamı potensial investorlarla görüşüblər

Məqalədə deyilir ki, dövlət Cənub Qaz Dəhlizi Şirkəti (Southern Gas Corridor Company SGCC) dollar denominasiyalı bondları buraxmazdan əvvəl Londondakı UniCredit, Citi və JPMorgan firmalarının xidmətinə müraciət edib.

“The Financial Times” mötəbər mənbələrə istinadən yazır ki, beləliklə, Azərbaycan Rusiya, Argentina, Türkiyə və Cənubi Afrika ilə yanaşı dövlət bondlarının satışını təşkil etmək istəyən daha bir inkişaf etməkdə olan ölkə ola bilər.

Borc verən niyə tapılmır

Məqalədə deyilir ki, Azərbaycanın dövlət bondları buraxması neftlə zəngin ölkənin iqtisadiyyatındakı son təlatümlərin ardınca baş verir.

Qəzet xatırladır ki, Azərbaycan ona mümkün borc paketininin verilməsi məsələsini bundan əvvəl Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə müzakirə etmişdi.

“The Financial Times” qəzetinin yazdığına görə, Azərbaycanın hökumət rəsmiləri eyni zamanda israr edirlər ki, ölkənin 30 milyard dollarlıq ehtiyat fondu var və əslində borc almaya da bilər.

Məqalədə deyilir ki, buna baxmayaraq son altı həftədə dünyanın 3 ən böyük reytinq agentliyi Azərbaycanın kredit reytinqini ən aşağı həddə salıb və xəbərdarlıq edilib ki, ölkə 1990-cı illərdən bəri özünün ilk resessiyası ilə üzləşə bilər. Fitch bu il üçün Azərbaycanın ÜDM-ində 3, 3 faiz azalma proqnozlaşdırıb.

Yenə də insan haqları

Qəzet yazır ki, 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana öz qazını birbaşa Avropaya çıxarmaq imkanı verməlidir. Problem burasındadır ki, 51 faizi hökumət, 49 faizi SOCAR dövlət neft şirkətinə aid olan SGCC qarşıdan gələn üç il ərzində özünün layihədəki 12 milyard dollarlıq payını ödəməlidir.

Azərbaycanın dövlət bondları buraxması neftlə zəngin ölkənin iqtisadiyyatındakı son təlatümlərin ardınca baş verir, FT yazır.

“Neft qiymətlərinin çokməsi SOCAR üçün fəlakət olub” - deyib GPW konsaltinq firmasının Mərkəzi Asiya və Qafqaz təhlilçisi Livia Paggi. Ekspertin fikrincə, SOCAR-ın öz payını ödəməsi problemli ola bilər.

“The Financial Times” yazır ki, Azərbaycanın maliyyə sponsoru tapmasına çətinlik yaradan digər məqam, ölkədə insan haqlarının bərbad vəziyyəti, habelə layihənin mümkün ətraf mühit fəsadlarıdır.

35-40 dollarlıq neft hökuməti xilas edə bilər

Məqalədə deyilir ki, bütün bunlara baxmayaraq, bankir və investorlar Azərbaycanın bondlarına marağın güclü olacağını söyləyirlər. Qəzet yazır ki, Azərbaycan indiyədək, 2014-cü ildə yalnız bir bond sata bilib.

Bu bondun qiyməti bu ilin ilk iki ayı ərzində kəskin düşüb.

Lakin Aberdeen Asset Management firmasından investisiya təhlilçisi Anthony Simond bu qənaətdədir ki, ölkə özünün investisiya cazibəsini saxlayır.

O deyib ki, əgər neft qiymətləri bir barrel üçün 35-40 dollar arasında sabitləşsə, hökumətin durumu pis olmayacaq (BBC).Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər