Azərbaycan əhalisinə MÜHÜM XƏBƏRDARLIQ: sentyabrın 1-dən SƏRT CƏZALAR OLACAQ - RƏSMİ
Tarix: 20-08-2021, 12:12
Baxılıb: 684
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan əhalisinə MÜHÜM XƏBƏRDARLIQ: sentyabrın 1-dən SƏRT CƏZALAR OLACAQ - RƏSMİ

20-08-2021, 12:12

Toy, nişan və digər kütləvi şənliklərin təşkilində hər hansı məhdudiyyət tətbiq edilmədiyi üçün monitorinqlər davam etdiriləcək.Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Respublikada 4865 toyda monitorinq aparılıb. Müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar tərəfindən qaydaları pozma müşahidə edilib. 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallara baxılması üçün məhkəməyə göndərilib, 31 nəfərə cinayət işi başlanılıb. Monitorinq keçirilən ünvanlarda 46 899 nəfər COVID-19 pasportu olmayan şəxs məclisdə iştirak edib. Onlar arasında COVID-19 daşıyıcıları, risk qrupuna daxil şəxslər olub"
Elşad Hacıyev bildirib ki, təhsil müəssisələrində əyani tədrisin başlaması üçün monitorinq qruplarına Təhsil Nazirliyi nümayəndələri, rayon nümayəndələri dəvət olunacaq: "İri ticarət mərkəzlərində beynəlxalq təcrübə əsas götürülməklə obyektlərin qarşısına polis nümayəndələrinin dayanması nəzərdə tutulmur. Obyekt nümayəndələri tərəfindən obyektlərə daxil olan şəxslərin pasportları yoxlanacaqdır. Lakin qəfil şəkildə həmin mərkəzlərdə polis yoxlanışı keçiriləcəkdir. Əgər qanun pozuntusu aşkarlanarsa, obyekt sahibi barəsində inzibati tənbeh tətbiq ediləcək. Fiziki şəxslər 200 manatdan 400 manata dək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq, hüquqi şəxslər barəsində həbs qəti imkan tədbiri tətbiq olunacaq. Obyektlər, təhsil müəssisələrinə daxil olacaq şəxslər xidməti formada olmayacaq. Buna görə də 18 yaşdan yuxarı şəxslərin COVID-19 pasportu olmayacaqsa, həmin şəxslər yox, obyektin rəhbəri və müvafiq yoxlayıcılar məsuliyyət daşıyacaq".
Elşad Hacıyev qeyd edib ki, əgər sözügedən mütəxəssislər norma pozulması aşkarlandıqdan sonra qaydalara riayət etməyəcəksə, həmin ünvanın fəaliyyətinin dayandırılması nəzərədə tutulur: "Vətəndaşları, tələbələri ayıq-sayıq olmağa, polisi və əlaqədar qurumları məlumatlandırmağa çağırırıq".
Elşad Hacıyev əlavə edib ki, əgər bu gün COVID-19 xəstəsi ictimai məkanlarda aşkarlanarsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar: "İctimai nəqliyyatdan, metrodan COVID xəstələrinin istifadə etməməsi tələb olunur. Nəzərə alaq ki, sentyabrdan paytaxta axı ediləcək, sıxlıq yaranacaq. Universitetlər, təhsil müəssisələrinin ətrafında sıxlıq yaranacaq, qaydalara ciddi şəkildə əlavə edilməlidir. Bu gün dövlətin ali məqsədi vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsidir".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ