"55 yaşında general-polkovnik olacaq və 10 min maaş alacaq..." - Elnarə Xəlilova
Tarix: 19-08-2021, 15:12
Baxılıb: 4 589
Google+ Paylaş
Tumblr Paylaş

"55 yaşında general-polkovnik olacaq və 10 min maaş alacaq..." - Elnarə Xəlilova

19-08-2021, 15:12

"Dövlət Sərhəd Xidməti ilə tanışlığım 2004-cü ildə Göytəpə sərhəd dəstəsində Komanda Hərbi İdman oyunları zamanı olub. O gün bu gün ayağım dəyməyən sərhəd zastavası demək olar ki, yoxdur. 17 ildir ki, təmənnasız əməkdaşlıq edirik və sonda qərara aldıq ki, bu işi rəsmiləşdirək. Beləliklə hərbçi oldum. Vətən Sərhəddən başlayır. Mən bütün sərhədçiləri ürəkdən Sərhəd Mühafizəsi günü münasibətilə təbrik edirəm"
 
Bunu Moderator.az-a tanınmış müğənni, baş leytenant Elnarə Xəlilova deyib. Müğənni daha sonra həyat yoldaşının ona dəstəyindən də danışıb.
 

 
"Allah həyat yoldaşımı mənə çox görməsin. Onun məsləhəti və xeyir-duası üzərimdə olmasa idi mən bu sahədə heç bir uğur əldə edə bilməzdim. Yeri gəlmişkən, ona da bu gün 3-cü ordenini veriblər. O ki, qaldı övladlarımın bu bu peşəyə həvəsinə. Övladlarımdan hələ ki, böyük oğlum Tuğər çox həvəslidir sərhədçi olmağa. Oturub hesablayıb ki, xüsusi məktəbi gizir kimi bitirəcək, ondan sonra Akademiyanı leytenant kimi başa vuracaq. Daha sonra hər 5 ildə rütbəsini alacaq və 55 yaşına general-polkovnik olacaq və 10 min maaş alacaq (gülür). Heç bilmirəm ki, onda bu məlumat hardandır" deyə sənətçi bildirib.
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ