İran dəstəkli qruplaşma Kral Xalid bazasını partlatdı
Tarix: 12-02-2021, 09:45
Baxılıb: 498
Google+ Paylaş
Tumblr Paylaş

İran dəstəkli qruplaşma Kral Xalid bazasını partlatdı

12-02-2021, 09:45

YYəmənin Husi təşkilatı Səudiyyə Ərəbistanındakı Kral Xalid hərbi bazasını ballistik raketlə vurub.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Yəhya Səri bildirib.
Onun sözlərinə görə, zərbə dəqiq olub və davam edən bombardman qəddar mühasirəyə cavab xarakteri daşıyıb.
Qeyd edək ki, Yəmən hökumətinə dəstək verən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri husilərin ölkənin cənubuna atdığı ballistik raketlərin məhv edildiyini açıqlamışdı.
İran dəstəkli husilər son zamanlarda Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilən orta və uzun mənzilli ballistik raketlərlə yanaşı, PUA-lardan istifadə edərək ölkənin bəzi bölgələrini hədəf alır.
Zümrüd


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ