loading...

“İlhaməni Sovetskidə hamilə görən…”

“İlhaməni Sovetskidə hamilə görən…”Mərhum xalq artisti İlhamə Quliyevanın bir qızının olması xəbəri sənət cameəsində maraqla qarşılanıb. Getdikcə müzakirəsi qızışan bu mövzu ilə bağlı xalq artistini tanıyanlar fikirlərini bölüşüblər.

Publika.az-a açıqlama verən ustad sənətkar, xalq artisti Əlibaba Məmmədovun deyilənlərə münasibəti belə olub.

“Dinimizdə də var ki, ölən insanın arxasınca danışmaq düzgün deyil. Mən də eşidirəm ki, orda-burda İlhamə xanımla bağlı şayiələr uydurub danışırlar. Ayıbdır. Onu gənclik illərindən tanıyıram. Bildiyimə görə, heç vaxt ana olmayıb. Amma həmişə yanında balaca oğlanı görmüşəm. İndi Orxan böyüyüb, evlənib. İlhamənin qızının olması xəbəri yalandır”.

Xalq artisti Flora Kərimovanın cavabı isə qısa və konkret olub:

“İlhamənin qızı olması xəbərinə yalnız bir cümlə ilə belə cavab verirəm: onu özü, bir də Allahı bilər”.

Müğənni Əli Mirəliyev isə keçmişi açıb-töküb: “İlhamə ilə aramızda 6-7 yaş fərq var. O vaxt İlhaməgillə biz "Sovetski" adlanan məhəllədə qonşu olmuşuq. Onun dayısı İsmayıl kişi mənim qayınatamdır. Bilirəm ki, İlhamənin anası Tükəzban xanım öz bacısı qızı Laləni uşaqlıqdan götürüb qızı kimi saxlayırdı. Mən Lalənin anasını gözəl tanıyıram. Orxan da Lalənin oğludur. İlhamə xanım da körpəlikdən onu götürüb saxlayıb. İlhaməni Sovetskidə hamilə görən olmayıb. Ümumiyyətlə, İlhamə xanım heç vaxt ana olmayıb”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər