Lerikin başçısından Ərdoğana şikayət olundu - Müraciət...
Tarix: 29-12-2020, 16:36
Baxılıb: 1 491
Google+ Paylaş
Tumblr Paylaş

Lerikin başçısından Ərdoğana şikayət olundu - Müraciət...

29-12-2020, 16:36

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana
Lerik rayonunda yaşayan II qrup əlil Kazımova Gülbehişt Kəlbi qızı tərəfindən

Müraciət!

Çox hörmətli cənab Ərdoğan!

Lerik rayonunda evimizin qanunsuz olaraq əlimizdən alınması ilə bağlı Azərbaycan Respublikasının Ali Dövlət Orqanlarına etmədiyimiz müraciət qalmayıb. Lakin heç bir səmərəsi olmayıb. Səbəb: Lerik Rayon İcra Hakimiyyətinin başçısına Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev himayədarlıq edir. Rövnəq Abdullayev Lerik rayonundan Milli Məclisə deputat “Seçilmiş” İqbal Məmmədov ilə tələbə yoldaşı olub. Bütün bu amillər Lerik rayonunda Müstəqil Azərbaycan Respublikasının qanunlarını ayaqlar altına atılıb. Bir qədər dəqiq desək, Lerik rayonunda Qanun şah deyil, Şah qanundur. Elə buradaca Ümummilli liderimiz Heydər Əliyevin bir kəlamı yada düşür: “Dövlət iki şeydən sarsılır: Günahsız cəzalananda, cəzasız cəza alanda”. Yəqin ki, bu amilləri Azərbaycan Respublikasının Prezidenti və onun xanımı da nəzərə almalıdır.

Sözügedən evimizlə bağlı açıqlama vermək istəyirəm. 2008-ci ildən yaşadığımız evi halal pulumuzla almışdıq. Yəni, 5.000 manata. Əlavə olaraq Lerikin İcra başçısına bir o qədər də pul ödəməliydik. Lakin imkansızlıqdan o pulu ödəyə bilmədik. Ara qarışdı, məzhəb itdi. Hadisələr kulminasiya nöqtəsinə çatdı. İcra başçısı deputat İqbal Fatmaoğlunun gücü ilə evimizə İcra başçısının “xanımı” olan bir qadını yerləşdirdi. Atalar demişkən: “Bizi məkri-zənə şərinə saldılar”. İcra başçısı və İqbal Fatmaoğlu şəxsi ambisiyalarına nail oldular. Biz də ailəliklə qalmışıq Allahın ümidinə. Daha dəqiq desək, 1980-ci ildə qayınatamın mal-qara üçün tikdiyi yarımtikilidə daldalanmışıq. Elə bir vəziyyətdə bizim müraciətlərimizə baxılmaması təəccüb və təəssüf hissi doğurur. Yəni, Prezient Administrasiyasında oturanlar bilmirlər ki, vətəndaşlara müqavilə ilə verilən evlər onlara pulsuz verilmir?! Göndərdiyimiz adamlara da İcra başçısı belə bir cavab verir: “On ildir o evdə yaşayırlar, bəsdir”. Deməli, bizim 5.000 min manatımızı İcra başçısı kirayə haqqı sanır.

Məlumat üçün deyim ki, Lerikin İcra başçısı 2007-ci ildən Lerikdə “çalışır”. O ildən bəri ailəsi Lerikin üzünü görməyib. Sual ortaya çıxır: Bir kəs arvadının üzünü İcra başçısı işlədiyi rayonda göstərmək istəmirsə, onun həmin rayonda işləməyə və yaşamağa mənəvi haqqı varmı? Hesab edirəm ki, bu suala yalnız ölkənin Prezidenti və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti cavab verə bilər. Çünki səlahiyyət onların əlindədir. Biz isə bu gündən etibarən bütün ümidlərimizi ölkənin sosial şəbəkələrinə və yuxarıda adlarını qeyd etdiyim ölkələrin prezidentlərinə bağlamışıq.

Kazımova Gülbehişt Kəlbi qızı, II qrup əlil, Lerik rayonu
//deryaz.az//


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ