Paşinyanın deputatları ombudsmana hücum etdi - QƏTİ CAVAB
Tarix: 24-12-2020, 10:33
Baxılıb: 406
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyanın deputatları ombudsmana hücum etdi - QƏTİ CAVAB

24-12-2020, 10:33

Ermənistanın insan hüquqları müdafiəçisi Arman Tatoyan parlamentin iqtidardakı "Mənim addımım" fraksiyasının millət vəkillərinə qəti xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, fraksiyanın bəzi millət vəkillərinin son günlərdə ombudsman ilə bağlı yalan məlumatlar yaydığını, səthi fərziyyələr irəli sürdüyünü, eyni zamanda onun rolu və funksiyaları barədə yanlış fikirlərin formalaşmasına öz töhfələrini verdiklərini bildirib.
"Bütün bunlar nizamlı və məqsədyönlü şəkildə həyata keçirilir və sosial şəbəkələrdəki saxta səhifələrdə insan hüquqları müdafiəçisinə qarşı təhqiramiz ifadələr müşahidə olunur... Niyə bu millət vəkilləri qanun qəbul edən qurumun nümayəndələri olaraq ombudsmanın hüquq-mühafizə orqanlarının və ya məhkəmələrin səlahiyyətlərinə aid addımlar atmasını gözləyirlər?", - Tatoyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistanda insan hüquqlarının qorunması ilə əlaqəli problemləri ortaq şəkildə həll etmək əvəzinə, ombudsmanın işinə mane olmaq cəhdləri edilir və bu, açıq-aşkar qanunsuzluqdur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ