loading...

ABŞ dünyanı aldadır, Rusiya da buna «züy tutur»!

ABŞ dünyanı aldadır, Rusiya da buna «züy tutur»!Son günlər Suriyada atəşkəs rejiminin tətbiqinə razılığın əldə olunması və bu gündən etibarən qüvvəyə minməsi barədə «dürlü» məlumatlar yayılmaqdadır. Bu arada, Suriyanın 3 hissəyə bölünəcəyi barədə yayılan məlumat isə diqqəti xüsusilə çəkir. Məsələ burasındadır ki, ABŞ-ın «B» planı adlandırılan və «ehiyat»da saxlanan bu yaramaz niyyətə görə, Suriyanın parçalanacağı «idarə olunan» 3 bölgədən biri indiki prezident Bəşər Əsədin idarəçiliyinə veriləck bölgə olacaq. Çox maraqlıdır, bəs, indiyə qədər ABŞ təkid edirdi ki, Bəşər Əsəd hakimiyyətdən getməlidir?! Nə oldu, Suriyada müsbətə doğru nə dəyişdi ki, ABŞ (və «beynəlxalq koalisiya») öz fikrindən daşındı? Əsəd qalacaqdısa, daha Suriyanı bombalamaq, əhalisini didərgin salmaq kimə və nə üçün lazım olmuşdu?…

Bu və digər aktual suallara cavab tapmaq üçün ABŞ-ın sabiq dövlət katibi H.Klintonun vaxtilə Liviya (M.Qəddafi) barədə yazdığı məktublarla tanış olmaq kifayət edər. Məlumdur ki, ABŞ Dövlət Departamenti bu məktubların dərc olunması barədə qərar çıxarıb və məktublar hissə-hissə mətbuatda dərc olunur. Düşünürəm ki, bu ilin əvvəlində həmin məktubların dərc olunmuş son «dəsti»ndə (http://vz.ru) yer alan xeyli maraqlı mətləbləri hörmətli oxucuların diqqətinə təqdim etmək pis olmazdı…

Əlüstü, qeyd etmək istərdim ki, sabiq dövlət katibi Hillari Klintonun dərc olunmuş növbəti məktublarında Liviya prezidenti Müəmmar Qəddafinin devrilməsi (və qətlə yetirilməsi) barədə olduqca maraqlı materiallar yer alıb. Məktublardan məlum olur ki, Liviya liderinin sərəncamında 143 ton qızıl olub və bu sərvət ABŞ-ı (dünya sionistlərini) əməlli-başlı narahat edirmiş. Onlar ehtiyat edirmişlər ki, Qəddafi bu sərvətin hesabına ABŞ dolları ilə rəqabət apara biləcək panafrika valyutası yarada bilər!

Dekabrın əvvəlində (2016) H.Klintonun Dövlət Departamentinə təqdim etdiyi 55 min səhifəlik məktubların 5 min səhifəsi dərc olunub. İlin əvvəlində dərc olunmuş növbəti «porsiya»da Liviya lideri M.Qəddafinin devrilməsinin ABŞ tərəfindən fəal şəkildə müdafiə olunmasının səbəbləri barədə söhbət açılır. Bu səbəblər arasında Liviyanın böyük həcmlərdə qızıl və neft ehtiyatları, eyni zamanda Şimali Afrikada Fransanın təsir gücünün artması məsələlərinə diqqət yönəldilir. Bundan başqa, yazışmada narahatlıq ifadə olunur – Qəddafinin qızıl ehtiyatlarının həcmi panafrika valyutasının yaradılmasına yetərli ola biləcək qədər böyükdür. Bu da bölgədə ABŞ dolları ilə rəqabətə girə bilər…

741

Məktubların birində deyilir ki, Liviya 143 ton qızıl və bununla müqayisə oluna biləcək gümüş ehtiyatların sahibdir ki, bu da 2011-ci il qiymətləri ilə 7 milyard dollar təşkil edir. Adresat naməlumdur – o, «Sid» ləqəbi altında gizlənib.

Liviyaya təcavüzdən az sonra ABŞ cəmiyyətinə məlum oldu ki, burada «nə isə qaranlıq məqamlar var». Buna görə də Hillari Klinton bütün istiqamətlərdən ciddi tənqidlərə məruz qaldı. Bu, ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivensin amansızlıqla qətlə yetirilməsindən sonra (oktyabr, 2012) baş verdi.

Xatırladaq ki, Respublikaçılar partiyasından prezidentliyə namizəd, senator Rend Pol 2013-cü ildə bəyan edib ki, Stivens və ümumiyyətlə, ABŞ-ın Liviyadakı səfirliyi bütünlüklə üsyançılara silah ötürülməsi məsələsi ilə əlaqəlidir. Bunu Liviya üsyançıları ilə aparılan danışıqların iştirakçısı, tanınmız fransalı jurnalist Bernar-Anri Levi də təsdiq edib.
Xatırladaq ki, Levi «humanitar bombardman» siyasətinin əsas tərəfdarlarından biridir və məhz o, bu yaxınlarda vəfat etmiş Andre Qlüksmann ilə birlikdə Serbiyanı, İraqı, Liviyanı və Suriyanı bombardman etməyə çağırıb.

Stivensin ölümünə yazılmış nekroloqda daha bir sıra maraqlı faktlar yer alır: «O (Stivens), qollarını çirmələyib, işə girişdi. Stivens öz ölkəsinin, bölgəyə ilk xüsusi təyinatlı qüvvələrin göndərilməsi hesabına havadan və yerüstü əməliyyatların fəallaşdırılmasına çağıran şəxslərdən biri olub… Mən, «Dentoy razılaşması»nın Liviya variantı barədə (bu razılaşma Liviyanın bölünməsini nəzərdə tutur!) çılğın və açıq-aşkar dostcasına mübahisələrimizi xatırlayıram. Bir ildən sonra mən onunla Vaşinqtonda görüşdüm. Tarixçə sona çatırdı. Mən, ölkələrimizin çiyin-çiyinə vuruşduğu bu müharibə barədə H.Klintonla danışmaq üçün buraya gəlmişdim».

Jurnalist Levinin açıq danışması adamı heyətə gətirir – hətta ABŞ dövlət katibinin məxfi məktublarından da artıq heyrətə gətirir. Onun simasında bombardman tərəfdarı və xüsusi təyinatlıların göndərilməsinin lobbisti mövqeyindən çıxış edən diplomat açıq-aydın nəzərə çarpır. Müstəqil dövlətin bölünməsi – bu ki, əladır!

ABŞ-ın Liviya müharbəsində iştirakının gerçək səbəbləri məhz bu «tort»un əsas «kişmiş»idir və bunsuz, tablo sona çatmamış görsənər. Stivens və on minlərlə liviyalı heç də azadlıq və diktatura uğrunda mübarizə naminə həlak olmadılar. Onlar 143 ton qızılın (əlavə olaraq, neftin və digər sərvətlərin) güdazına getdilər! Nə üçünsə, Qəddafinin devrilməsindən və qətlə yetirilməsindən sonra bu sərvətlər «azad edilmiş» xalqa qismət olmadı. Liviya gerçəkdən bölündü. Qərb isə hələ də baş çıxarda bilmir ki, Liviyanın heç bir real gücə malik olmayan hökumətini hansı yollar və vasitələrlə legitimləşdirsin. Maraqlıdır ki, Liviyanın yeni hakimiyyətinə Tunisdəki «milli dialoq kvarteti» ilə olduğu kimi, Nobel mükafatı vermədilər. Amma Tunis hökuməti də Liviyada olduğu kimi, bu ölkəyə şərti nəzarət edir…

Avropa demokratiyasının «başçısı» Federika Moqerini ənənəvi olaraq Liviyaya 100 milyon avro vəd etdi. Bu məbləğ ABŞ və Fransanın birgə səyləri ilə bölünmüş bu ölkənin qəlpələrini «yapışdıra» bilərmi?! Yenə də təəccüblü görsənir – 100 milyon avro vəd edilən bu ölkənin sərvətinin həcmi cəmi 4 il bundan əvvəl həmin məbləğdən 70 dəfə çox idi!
Mənbələrin məlumatına görə, Qəddafinin ölümündən kam alırmış kimi, Hillari Klinton deyib: «Biz gəldik, biz gördük – o, ölüb!»

45

İndi açıq-aydın görünür ki, ABŞ Suriyada da «Dentoy razılaşması» siyasətini yeridir. Rusiya da bir «parça» qopartmaq üçün ABŞ-a «züy tutur». Hər ikisi də dünyanı ALDADIR və oxuyur: «Razı deyiləm, yatmışları kimsə oyatsın»…

Hillari indi ABŞ prezidentliyinə namizədlərdən biridir. Dərc olunan məktublarından görsənir ki, bu xanım dünya sionist mərkəzi ilə sıx əlaqələrə malikdir və əslində, dövlət katibi işlədiyi illərdə ABŞ-ın maraqlarından çox, sionizmin maraqlarına xidmət edib. Məz bu «keyfiyyəti» onun bu dəfə prezident seçilməsi məsələsində həlledici rol oynaya bilər…

Əsədi isə görünür, hələ öldürməyəcəklər – ehtimal ki, Qəddafinin aqibətindən «dərs alan» Bəşər ibn-Hafiz «qanpulu»nu Rusiyaya ödəyə bilib. Amma fərqi yoxdur, satqın elə satqındır – gec-tez, cəzasını alacaq…

Mirzə AĞБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər