loading...

Nazirlər deputatları və parlamenti niyə saymır?

Nazirlər deputatları və parlamenti niyə saymır?Fazil Mustafa: “Hökumətin formalaşmasında Milli Məclisin rolu artırılsa, nazirlər parlamentə gəlmək üçün növbədə dayanacaqlar...”
Fevralın 23-də Milli Məclisin növbəti iclası keçirildi. Parlamentin əsas müzakirə mövzusu 2016-cı il büdcəsinin yenilənməsi ilə bağlı idi. İclasda ən yadda qalan çıxışlardan biri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun müzakirələrdə iştirak etməyən bəzi nazirlər barəsində səsləndirdiyi tənqidi fikirlər oldu.

Baş nazirin də parlamentin iclasında iştirak etmədiyini diqqətə çatdıran S.Novruzov baş nazirin 6 müavininin də iclasdakı yoxluğuna narazılığını bildirdi. Milli Məclisin sədri Oqtay Əsədov isə deputatın fikirlərinin bir qismi ilə razı olduğunu dedi. O.Əsədov bəzi nazirlərin prezident İlham Əliyevin İrana rəsmi səfərində onu müşayiət etdiklərini bildirdi, lakin Nazirlər Kabineti ilə bağlı deyilən iddialara da haqq qazandırdı.

Xatırladaq ki, bu, nazirlərin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi ilə bağlı səsləndirilən ilk narazılıq dolu fikirlər deyil. Bir çox deputatlar telefonla belə nazirlərin qəbuluna düşə bilməmələri haqda dəfələrlə mətbuata gileyli açıqlamalar veriblər. Deputatların belə görə bilmədiyi nazirləri vətəndaşların görməsi isə müşkül məsələdir.

Siyavuş Novruzov sonuncu çıxışında “Bu cür yanaşma ölkə başçısının qarşıya qoyduğu məqsədə uyğun deyil” deyərək bir növ prezidentin bir müddət əvvəl nazirlərə və məmurlara etdiyi xəbərdarlığı bir daha xatırlatdı. Bəs nazirlər haradadır? Vətəndaşlar bir kənara, deputatlara və Milli Məclisə qarşı onların laqeydliyi nədən qaynaqlanır?



Milli Məclisin üzvü Fazil Mustafanın məsələ ilə bağlı fikirləri maraqlı oldu. Deputat nazirləri parlamentə gətirməyin yolunu da açıqladı. Onun sözlərinə görə, əgər hökumətin formalaşmasında Milli Məclisin rolu artırılsa, nazirlər parlamentə gəlmək üçün növbədə dayanacaqlar: “Hökumətin formalaşması ilə bağlı elə məqamlar var ki, hesabatlılıq minimum səviyyədədir. Ümumiyyətlə, formal xarakter daşıyır. Milli Məclis qarşısında da hökumətin hesabatı formal xarakter daşıyır. Parlament yekdilliklə nəyisə bəyənməsə belə, heç bir mənası yoxdur. Hüquq məsuliyyəti, hesabat olmayan yerdə kiminsə deputata sayğı ilə yanaşması gözlənilən deyil. Təbii ki, elə nazirlər var ki, rahatlıqla onların qəbuluna düşmək olur. Elələri də var ki, onlar xüsusi imtiyaza malikdirlər, elə təminatları var ki, hər hansı bir şəkildə deputatlardan biri onlardan şikayət eləsə, onların buna görə qınanması baş verməyəcək. Bu baxımdan həmin nazirlər bundan istifadə edirlər. Özünə hər cür təminatı, dəstəyi, etimadı olan nazir hər zaman belə düşünməlidir ki, insanların müəyyən qədər təqdirini qazansın. Bunun ona heç bir ziyanı olmaz. Əksinə, ona qarşı iradlar, tənqidlər azala bilər. Lakin bunu nəzərə almayanlar da var. Bizdə əsas idarəetmə sistemi dəyişsə, daha fərqli hallar olardı. Hökumətin formalaşmasına Milli Məclisin rolunu artırsalar, o zaman görəcəksiniz ki, nazirlər məclisə gəlmək üçün növbə tutacaqlar. Bunun başqa yolu olmayacaq”.



YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə deputatların nazirlərlə görüşə bilməməsi fikirləri ilə razı deyil. Parlament üzvü kimi hökumət nümayəndələri ilə əlaqələrdə heç bir probleminin olmadığını deyən deputat seçicilərinin, deputatı seçildiyi regionun problemləri ilə bağlı istənilən nazirə, məmura zəng etdiyini, əlaqə saxladığını və heç bir problemlə qarşılaşmadığını deyir.

Həmkarı Siyavuş Novruzovun son iclasdakı çıxışına gəlincə, Mirzəzadə həmin fikirlərə əlavə edəcək heç bir sözünün olmadığını bildirdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər