Hamı peyvənd olunmazsa... - Professordan XƏBƏRDARLIQ
Tarix: 17-12-2020, 19:10
Baxılıb: 817
Google+ Paylaş
Tumblr Paylaş

Hamı peyvənd olunmazsa... - Professordan XƏBƏRDARLIQ

17-12-2020, 19:10

"Hamı peyvənd olunmazsa, pandemiya başa çatmayacaq".
Publika.az xəbər verir ki, bu sözləri koronavirus peyvəndinin 3-cü mərhələsində könüllü olan Türkiyə Elmlər Akademiyasının Xərçəng Araşdırması Qrupunun koordinatoru, professor Taner Demirer deyib. O, pandemiyanın başa çatması üçün hər kəsin peyvənd vurdurmasının zəruri olduğunu qeyd edib:
"COVID-19 pandemiyası dünyada şok effekti yaratdı. Bu cür hallarda araşdırmalara yardım etmək lazımdır. Mən Çinin "SinoVac" firmasının inkişaf etdirdiyi peyvənd üçün könüllü oldum. Burada könüllü olmaq müqəddəs bir işdir. Nəticə olaraq peyvəndin istifadəyə yararlı olması və təsdiqlənib insanların xidmətinə verilməsi lazımdır. İki doza peyvənd olundum. Çin peyvəndinin araşdırmaları Türkiyə, Braziliya, İndoneziya və bir çox başqa ölkədə davam etdirilir".
Çin peyvəndinin təsirsiz hala gətirildiyini vurğulayan professor qorxmadığını deyib:
"Zərərsiz peyvənddir. "Ölü peyvəndlər"in gözlənilməz əks təsiri olmur. Qorxmadım, "ölü peyvənd" olduğu üçün etdirməyə qərar verdim. Peyvəndi vurdurduqdan sonra 2 gün halsız oldum. Vaksin vurulan qolumda yüngül ağrı oldu. 3-cü, 4-cü və 5-ci günlərdə bir az üşütmə və 37 dərəcə qızdırma oldu. Sonra bu simptomlar yox oldu. İkinci dozanı vurdurduqdan sonra da halsızlıq oldu, amma əlavə əlamətlər nəzərə çarpmadı.
Peyvəndlərə ciddi ehtiyac var. İndiyə qədər edilən açıqlamalarda həm ABŞ, həm də Pfizer/BioNTech peyvəndlərinin 94-95 faiz təsirli olduğunu gördük. İndoneziyadakı nəticələrə görə, Çin peyvəndinin də qoruyucu və immunitet təsiri var. Türkiyədə və Braziliyada nəticələr bəlli olduqdan sonra Çin peyvəndinin təsirləri tam açıqlanacaq.
Bu, çox ciddi pandemiyadır, əgər ona qalib gəlmək istəyiriksə, vaksinasiya olunmalıyıq. Əks halda normal həyata qayıtmaq daha çox zaman tələb edəcək. Problemin qlobal səviyyədə həll olunması vacibdir. Əgər Amerika və Avropada vaksinasiya edib, Afrika və digər ölkələri siyahıdan çıxarsanız, o zaman pandemiya dünyadan silinməyəcək. Odur ki, ədalətli yanaşma şərtdir. Bərabərlik içində yoxsul ölkələrdə də vaksinasiya həyata keçirməyin yollarını tapmalıyıq.
Bu peyvəndlərin nə qədər immunitet yaradacağı bilinmir. Düşünürəm ki, peyvəndlərin təsiri 9 ay və ya 1 ilə qədər davam edəcək, amma qrip peyvəndləri kimi xəstəliyi yüngül keçirməyimizi təmin edəcək. Yoluxuculuğu azaltdığını və ildə iki dəfə tətbiq edilməsi lazım olduğunu qarşıdakı 2 ildə daha dəqiq görəcəyik".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ