loading...

Hillari Klinton: "İxvanla razılaşmışdıq ki, İŞİD hökumətini Misirdə quraq"

Hillari Klinton: "İxvanla razılaşmışdıq ki, İŞİD hökumətini Misirdə quraq" İraqın "Əl-İtticah" telekanalına istinadən verdiyi məlumata görə, ABŞ-ın sabiq xarici işlər naziri Hillari Klinton yenicə nəşr etdiyi səs-küylü kitabında ŞOK faktlar açıqlayıb.

O, İŞİD terror qruplaşmasının onların layihəsi olmasına işarə edərək, qeyd edib: "Biz "İxvanul-muslimin" ilə razılığa gəlmişdik ki, İslam Dövləti İraq və Suriyada yox, 2013-cü ilin iyul ayında Misirdə yaradılsın".

Klinton, daha sonra yazıb: "ABŞ İraq, Suriya və Liviya müharibəsinə daxil oldu. Hər şey öz qaydasında idi. Ötən ilin 30 iyununda Misirdə qəflətən çevriliş oldu. 72 saat ərzində hər şey dəyişildi. Biz ixvançılarla razılığa gəlmişdik ki, Sina məntəqəsinin bir Hissəsi HƏMAS-a, digər hissəsi isə İsrailə dəstək məqsədilə onlara verilsin. Həlayib və Şəlatin isə Sudana verilməli, Səlum məntəqəsindən isə Liviya ilə sərhəd açılmalı idi".

Departamentin keçmiş rəhbəri daha sonra vurğulayıb ki: "Bu dövlət iyul ayının 5-də öz varlığını elan etməli, ABŞ və Avropa isə bu ölkəni tez bir zamanda rəsmən tanımalı idilər".

Klinton Hard Choices (Çətin seçimlər) kitabında daha sonra vuğulayıb: "Misirdə baş verən dəhşətli çevriliş bizi bu ölkəyə qarşı hərbi hücum həyata keçirməyə vadar edirdi. Amma Misir Suriya və Liviya deyildi. Bu ölkənin qüclü ordusu var. Biz öz hərbi gəmilərimizi İskəndəriyyəyə tərəf hərəkətə gətirdik. Ancaq sonradan "Dəniz canavarları 21" adlı müasir sualtı qayıqlar vasitəsilə izlənildiyimizi müşahidə etdik. Bu qayıqlar olduqca yeni və müasir silaha və radarlarla təchiz olunub. Daha sonra bir dəstə, Rusiya istehsali olan keçmiş MİG 21 təyyarələri ilə üzləşdik. Maraqlı olanı bu idi ki, bizim radarlar onların haradan gəlib və sonradan hara getdiklərini izləyə bilməmişdi. Bütün bunlardan sonra biz geriyə dönməyi məqsədəuyğun gördük".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər