loading...

Azərbaycan: 2013-ün siyasi hadisələri

1.(12.01) Bir neçə yüz gənc Bakıda Fəvvarələr meydanında əsgər ölümlərinə qarşı etiraz aksiyası keçirib.

2.(23.01) Ismayıllı şəhərində məmur özbaşınalığı və sosial bərabərsizlikdən narazı əhalinin kütləvi etirazları keçirilib.

3.(06.02) REAL hərəkatının lideri Ilqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, NIDA-nın gənc fəalları və başqaları həbs edilib.

4.(28.05) Dramaturq Rüstəm Ibrahimbəyovun rəhbərliyi ilə Milli Şura yaradılıb.

5.(13.08) RF prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfər edib.

6.(23.08) Professor Cəmil Həsənli Milli Şuradan prezidentliyə vahid namizəd irəli sürülüb.

7.(09.10) Azərbaycanda prezident seçkiləri keçirilib.

8.(19.11) Vynada Ermənistan və Azərbaycan prezidentləri Serj Sərkisyan və Ilham Əliyevin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşü keçirilib.

9.(29.11) Vilnüsdə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycanla Avropa Ittifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb.

10.(17.12) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli həbs edilib.

2013-cü ilin xülasəsi

2013-cü il bütün daxili və xarici siyasi situasiyaya öz damğasını vuran prezident seçkilərinin təsiri altında keçdi.

Iqtisadi bərabərsizlik, sosial təbəqələşmə üzündən cəmiyyətdə artan narazılıq, həmçinin azad cəmiyyətlə bağlı həyata keçməyən gözləntilər artıq ilin əvvəlində özünü Bakının mərkəzində və əyalətlərdə gənclərin etirazlarında göstərdi, ən təsirli xalq etirazı Ismayıllı rayonunda oldu. Hakimiyyət rejimin saxlanması üçün sərt tədbirlər görmək məcburiyyətində qaldı, bu da həm ənənəvi müxalifət fəallarının, həm də yeni gənclik dalğasının liderlərinin həbsi ilə nəticələndi.

Eyni zamanda müxalifət və demokratik düşüncəli qeyri-siyasi təşkilatlar və liderlər Azərbaycanın demokratik dövlətə transformasiya olunması uğrunda mübarizə üçün geniş koalisiyanın yaradılması cəhdləri etdi. Dramaturq Rüstəm Ibrahimbəyovun təşəbbüsü ilə Demokratik Qüvvələrin Milli Şurası yaradıldı. Bu ideya Qüvvələrin Şurasına cəlb edilən müxtəlif baxışlar və maraqlar səbəbindən gözlənilən uğuru gətirmədi. Ancaq yenə də Şura professor Cəmil Həsənli simasında Ilham Əliyevə alternativ yarada və bununla da hazırkı prezidentin legitim bazasının zəiflədə bildi. Milli Şuranın gələcəyi ilə bağlı seçkisonrası məsləhətləşmələr və Cəmil Həsənlinin ona sədr seçilməsi gələcək illərdə bələdiyyə və parlament seçkilərində mübarizənin davam etdirilməsi üçün perspektiv vəd edir.

Xarici siyasi qüvvələr rəsmi Bakı ilə münasibətləri seçki prizmasından qururdu və hər tərəf ilin əvvəlində Əliyev administrasiyasına təzyiqi artırırdı, onu öz maraqlarını maksimum nəzərə almağa məcbur edirdi. Seçki yarışında Əliyevə dəstəkdə iqtisadi mənfəət axtaran Rusiyadan fərqli olaraq ABŞ və AB daha çox insan haqları və demokratiya məsələsinə diqqət yetirdi. Iran və Türkiyə də əsasən iqtisadi müstəvidə öz qeyri-leqal və leqal maraqları barədə düşünürdü. Son nəticədə Ilham Əliyev qayıq diplomatiyası yolu ilə hər bir ölkənin niyyətlərini təmin edəcəyini vəd edərək bütün tərəfləri sakitləşdirə bildi. Seçki ərəfəsində cəmiyyət RF prezidenti Vladimir Putinin səfərinin, yüksək səviyyəli Türkiyə-Azərbaycan sammitinin, ATƏT-in Bakı Ofisinin statusunun “layihələrin koordinatoru” səviyyəsinə qədər azaldılmasının şahidi oldu.

Il AB üçün viza rejiminin sadələşdirilməsi qismində şirinləşdirici həb və vətəndaş cəmiyyəti üçün Anar Məmmədlinin həbsi qismində qətranla başa çatdı. Bununla yanaşı, Əliyev eyni zamanda yarım il əvvəl qatı düşmən səviyyəsinə qaldırdığı müxalifətlə dialoqun vacibliyindən danışdı. Bütün bunlar gələn 2014-cü ildə daxili və xarici siyasətin ziddiyyətli inkişafına keçidi ehtimal edir.

«Turan» Analitik XidmətiБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər