Prezidentin xalqa müraciətindəki ŞİFRƏLƏR: DETALLAR AÇIQLANDI
Tarix: 1-12-2020, 16:54
Baxılıb: 1 168
Google+ Paylaş
Tumblr Paylaş

Prezidentin xalqa müraciətindəki ŞİFRƏLƏR: DETALLAR AÇIQLANDI

1-12-2020, 16:54

Prezident İlham Əliyev Laçın rayonunun azad olunması münasibətilə xalqa müraciət edib. Dövlət başçısı müraciətdə bir sıra suallara aydınlıq gətirib və indiyə qədər aparılan danışıqların detallarını da açıqlayıb.

Prezidentin müraciətindəki şifrələr nələr idi?

- Laçın dəhlizinin eni ilə bağlı Azərbaycanın istədiyi qəbul olunub: ilkin variantda 30, ikincidə 10 kilometrlik dəhliz nəzərdə tutulurmuş; son variantı Bakı diktə edib – 5 kilometr;
- Ermənistanın Laçın rayonunu bütövlükdə dəhliz etmək niyyəti baş tutmadı;
- Laçın şəhərinin içindən keçən dəhlizin istiqaməti qısa zamanda dəyişdiriləcək və şəhərin özü də Azərbaycana qaytarılacaq;
- 10 noyabr razılaşmasının pozulması istiqamətində cəhdlər var: rəsmi Bakı belə müdaxilələrə qarşı sərt mövqe sərgiləyəcək;
- Ağdam, Kəlbəcər və Laçın rayonunun hərbi yolla azad edilməsi planı mövcud olub;
- Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil;
- Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır: bu, Qarabağa heç bir statusun verilməyəcəyinin növbəti dəfə rəsmi təsdiqidir;
- Azərbaycan vətəndaşları əvvəl yaşadıqları Dağlıq Qarabağın bütün yerlərinə qayıdacaq: bu, “azərbaycanlılar Xankəndinə gedə biləcək” sualının cavabıdır; azərbaycanlıların qayıdışı prosesinə BMT nəzarət edəcək və məsələ imzalanmış Bəyanatın 7-ci maddəsində əks olunub;
- Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz məsələsi rəsmi Bakının təkidi ilə Bəyanata daxil edilib: bu birinci dəhlizdir, lakin tərəflərin razılığına əsasən, gələcəkdə Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən ikinci dəhliz də olacaq;
- Bu addımla Naxçıvan blokadadan çıxır və bölgədə mərkəzində Bakının yer aldığı yeni əməkdaşlıq platforması yaranır: Ermənistan özünü yaxşı apararsa, bu platformada yer ala bilər;
- Ermənistan yalnız Azərbaycanın icazəsi, istəyi olarsa və yalnız Azərbaycanın şərtlərini qəbul edəcəyi halda regionda Bakının əsas iştirakçısı və təşəbbüskarı olan beynəlxalq layihələrdə iştirak edə bilər;

Müraciətdə diqqətçəkən əsas məqamlardan biri bu idi: Bakıya deyirmişlər (həmsədr ölkələr) ki, “beş rayonu alın və bununla kifayətlənin, siz müharibədə (I Qarabağ müharibəsində) məğlub olan tərəfsiniz, Ermənistan qələbə qazanıb, reallıqla barışmalısınız, beş rayon da böyük şeydir”. Bu, yeni müharibənin həm də “Ermənistan qalib tərəfdir” tezisini alt-üst etmək və yeni reallıq yaratmaq üçün vacib olduğunu göstərir.

Biz qalibik və qalib diktə edən tərəfdir həmişə. Qələbəmiz mübarək...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ