loading...

Məktəblərdəki gizli təhlükə: oğlanların cinsi oriyentasiyasını dəyişən SƏBƏB - ARAŞDIRMA

Məktəblərdəki gizli təhlükə: oğlanların cinsi oriyentasiyasını dəyişən SƏBƏB - ARAŞDIRMAQırmızı şalvar, qırmızı kəmər, rəngbərəng köynək, incə əl-qol hərəkəti, fərqli yerişli oğlanlar...
Kobud davranışlı, dili söyüşlü, başı papaqlı qızlar...
Bakı küçələrində yeri dəyişik düşmüş gənclərin sayı artıb.

Ekspertlər hesab edir ki, bunlar yeniyetmə yaşlarında cinsiyyəti tanımada yaşanan problemlər, mühit və cinsi balansın pozulması ilə bağlıdır. Amma bu, bir az ümumi yanaşmadır. Biz isə bir qədər dərin qatlara enmək, problemin kökünü araşdırmaq fikrindəyik.

Əvvəlcə statistikaya nəzər salaq. Rəsmi rəqəmlərə görə, 2015-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə 152,4 min uşaq doğulub. Onların 53,2 faizini oğlan, 46,8 faizini qızlar təşkil edir. Son bir neçə ildir oxşar tendensiya müşahidə edilir: ildən-ilə qızların sayı azalır. Ölkədə oğlanların çoxluq təşkil etdiyi məktəblərdə - sinif otaqlarında daha qabarıq görünür.

Dövlət Statistika Komitəsinin ötən əsrin 90-cı illərindən indiyə qədər olan rəqəmlərinə nəzərə saldıq. Məlum oldu ki, əyani ümumtəhsil müəssisələrində 2015-2016-ci illərdə birinci sinfə 156 877 nəfər qəbul edilib ki, onların 85 275 -i oğlan, 71 602 -si qızdır. Bu rəqəmlər göstərir ki, qızlarla oğlanlar arasında 13 minə qədər fərq var, halbuki 1990-cı illər ərzində bu fərq orta hesabla 2-4 min nəfər olub. Hətta bəzi illərdə bu fərq qızların xeyrinə artıb. Məsələn, 1994-95-ci illərdə qızlar oğlanlardan 4 min, 1995-96-cı illərdə 2 min, 1996-97-ci illərdə min nəfərə qədər çox olub.
Bu rəqəmləri şərh edən ekspertlər hesab edir ki, oğlan və qız nisbətinin pozulmasının ilkin səbəbi selektiv abortlardır. Övladı cinsinə görə ayıranlar, deyəsən, gələcək üçün necə bir bomba hazırladıqlarının fərqində deyillər...

Son illər isə məktəbə qəbul edilən oğlanlarla qızlar arasında təxminən 11 minə qədər olan fərqi ən çox hiss edənlər müəllimlərdir. Belə ki, məktəblərdə bir vaxtlar müşahidə olunan ənənə çoxdan itib. Artıq parta arxasında bir oğlan-bir qız oturmasına az hallarda rast gəlinir. Qızların azalması oğlanları öz həmcinsləri ilə oturmaq məcburiyyətində qoyub.

Bəs bu məcburiyyət hansı fəsadlara səbəb ola bilər?

Bəzi yanaşmalara görə, girişdə qeyd etdiyimiz məsələ - yəni, oğlanların qarşı cinsə yox, öz həmcinslərinə meyillənməsi, qızların oğlan kimi davranmasının səbəbi məhz tədris mühitindən başlayır.

Oğlanın oğlanla oturması...

H.Aslanov adına 175 saylı tam orta məktəbin direktoru Qələndər Qələndərov Publika.az-a rəhbərlik etdiyi məktəbdə 648 qız, 721 oğlanın təhsil aldığını deyir. Bu saya baxanda məktəbin oğlan-qız nisbətində ciddi fərq hiss olunmasa da, direktor bəzi siniflərdə oğlanların öz həmcinsləri ilə oturmaq məcburiyyətində qaldığını vurğulayır: “Bunun bir neçə səbəbi var. İlk növbədə, qızlar kobud və hərəkətini tənzimləyə bilməyən oğlanlarla oturmaq istəmirlər. Bəzən də valideynlər istəmir ki, qızları hansısa oğlanla otursun. Buna müəyyən qədər müdaxilə edə bilərik. Lakin digər səbəb qızların ümumiyyətlə, az olmasıdır. Yəni, məktəbə qəbul edilən şagirdlər arasında qızların sayı azdır. Bu tədris ilində birinci sinfə 165 şagird qəbul edilib, onların 73-ü qızdır. Siniflər üzrə bölgü aparanda çalışırıq ki, qızlarla oğlanların sayı arasında ciddi fərq olmasın”.

Bu rəqəmlərə əsaslansaq, görünür ki, bu il 175 saylı məktəbdə birinci sinfə qəbul edilən oğlanlardan 19-u qızla oturmur. Direktorun sözlərinə görə, bu da oğlanların qızlarla davranışına təsir edir: “Oğlanlar qızlarla oturanda davranışlarına nəzarət edirlər. Lakin belə olmayanda şagirdlərin dərsi dinləməməsi həm müəllimin dərsinə, hım də ümumilikdə keyfiyyətə təsir edir. Bu həm də oğlanların qadına hörmət anlayışına, münasibətinə, danışıq tərzinə təsir göstərir. Nə məktəbdaxili, nə də nazirlik tərəfindən bununla bağlı hər hansı təlimat yoxdur. Ona görə də bu məsələni tənzimləməkdə çətinlik çəkirik”.

Bir sinifdə 18 oğlan, 8 qız...

Rəhbərlik etdiyi məktəbdə 823 oğlan, 669 qızın təhsil aldığını deyən 310 saylı məktəbin direktoru Rəsmiyyə Quliyeva bəzi siniflərdə oğlan-qız nisbətinin pozulduğunu deyir: “Xüsusən də ibtidai siniflərdə və V-VII siniflərdə bu problemi müşahidə edirik. Məsələn, 5-ci siniflərin birində 26 şagirdin 18-i oğlan, 8-i qızdır. Bir neçə il əvvəl hətta müəllimlər xahiş edirdilər ki, qız uşağı gəlsə, onların sinfinə göndərək. Əsasən, son illər bu hallar müşahidə edilir”.

Direktorun sözlərin görə, qızların sayının az olması bir tərəfə, bəzən valideynlərin seçimi də siniflərdə qız-oğlan nisbətinə təsir edir: “İbtidai siniflərdə valideynlər müəllimi özləri seçir. Bu zaman da bəzi siniflərdə qız olmurdu. Seçimin elektron formada aparılması zamanı da valideynlər istədikləri müəllimi seçə bildilər. Lakin gələcəkdə bu seçimin müəllimə uyğun aparılmaması planlaşdırılır. Bu zaman bölgü kompüter vasitəsilə aparılacaq, insan müdaxiləsi olmayacaq. Əvvəl idman, əmək dərslərində qızlar və oğlanlar ayrı olurdu. İndi belə bölgü aparmırıq, jurnalda sıranı tən yarı bölürük. Mümkün qədər çalışırıq ki, oğlan qızla otursun. Amma say çox az olanda bunu etmək çətindir”.

Ümid yenə müəllimlərədir...

Təhsil eksperti Əjdər Ağayev hesab edir ki, məktəblərdə aşağı siniflərdən oğlanın oğlanla, yaxud da qızın qızla oturması qarşı cinslə münasibətdə vərdişlərin formalaşmasına mənfi təsir edir: “Birinci sinfə qəbul zamanı şagirdlərin bölgüsü aparılanda bu məsələ nəzərə alınmalıdır. Bunun mümkün olmadığı təksinifli məktəblərdə çıxış yolu görünmür”.

Ekspertin sözlərinə görə, hazırkı durumda məsələdən çıxış yolu çətindir: “Bu gün məktəblərdə qızların sayının az olduğu siniflərdə oğlanların qızlarla münasibətinə müəllimlər təsir edə bilər. Bunun üçün müəllimlər yönləndirə bilərlər. Bu məsələ ilə bağlı şablon və ya hər hansı standart yoxdur. Bu məqamda məktəbin pedoqoji heyətinin psixoloji və pedoqoji meyarlar üzrə öz yanaşması olmalıdır. Ümumiyyətlə, sinifdə şagirdlərin yerləşməsi zamanı anatomik, fizioloji göstəricilər nəzərə alınmalıdır. Məsələn, gözü zəif görənlər, yaxşı eşitməyənlər ilk sıralarda oturduqları kimi, qızlarla oğlanların yanaşı oturma nisbəti də gözlənilməlidir”.

“Uşaq daha çox hansı cinslə ünsiyyətdə olursa, ona da marağı artır”

Psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, qızlarla oğlanlar arasında nisbət pozulması həmcinslərə marağı artırır: “Ən çox meyil pozuntuları, konfliktli situasiyalar koloniya kimi bircinsiyyətli qruplarda, qızlar seminariyası, oğlanlar yataqxanasında yaşanır. Cinslər arasında fərqi uşaqlar əks cinslə olan təmasla öyrənir. Oğlanların çox olduğu qruplarda kobud, səliqəsiz, söyüş söyülən mühit olacaq. O qrupa bir qız daxil olanda artıq onlar davranışlarına, sözlərinə daha ciddi fikir verəcəklər. Eyni proses qadınların çox olduğu qruplarda da müşahidə edilir. Kişinin kişi xüsusiyyətlərini daşıması üçün ətrafında qadının olması mütləqdir. Eynilə uşaqlar mühitində bu, özünü göstərir. Bu uşaq yaşlarından cinsiyyətini kəşf etməyə, cəmiyyətdə rolunu dərk eləməyə kömək edir. Ona görə də siniflərdə çox zaman bir qız-bir oğlan oturmasına diqqət yetirilir. Çünki sinifdə şagirdlərin yerləşməsi zamanı cinslər arasında bərabərlik qorunmalıdır”.

Psixoloqun sözlərinə görə, oğlan və ya qız olmasından asılı olmayaraq hər bir şəxs ən çox hansı cinslə ünsiyyətdə olursa, ona maraq da artır: “Yetkinlik dövründə yalnız oğlanların məşğul olduğu idman qrupları var. Bu qruplardakı oğlanlarda öz cinsinə meyllilik, cinsi zorakılıq halları çox baş verir. Həmçinin, qızlar üçün voleybol, futbol klublarından bu problemlərlə bağlı müraciətlər çox olur. Çünki eynicinslilər arasında ünsiyyət nə qədər çox olursa, öz cinsindən olana maraq daha da artır. Bu, doğru hal deyil və artıq bu problem qarşısında SOS siqnalı verilməlidir. Əks halda, cəmiyyətdə bircinslilik yaranır”.

N.Rüstəmova deyir ki, uşaqların cinsiyyətlərini kəşf etmələri, qarşı cinslə bağlı münasibətləri məktəb yaşlarında formalaşır. Ona görə bu məsələyə diqqət edilməlidir: “Uşaqlar cinsiyyətlə bağlı məlumatları 6 yaşdan ana və ata üzərində öyrənir. Daha sonra cəmiyyət üzərində öyrənir. Bu haqda informasiyaları öz dostlarına danışırlar. Hətta cinsiyyətlə bağlı müəyyən hekayələr, söhbətlər edə bilirlər. Buna normal yanaşmaq lazımdır. Çünki uşaqlar tədricən cinsiyyəti kəşf edirlər. 9-10 yaşlarında isə bu maraqlar azalır və artıq cinsiyyətlə bağlı söhbətləri açıq şəkildə dilə gətirməkdən çəkinirlər”.

Problemin həllinə gəldikdə isə psixoloq hesab edir ki, siniflərdəki uşaqlarla qrup terapiyası aparıla bilər. Lakin ən əsas həll yolu qızların sayının təbii olaraq artması üçün cəmiyyətin maariflənməsidir.

Görünən isə odur ki, cinslər arasında pozulan balans bərpa olunana qədər məsuliyyət məktəblərin üzərinə düşür...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər